Interposta.Info

“Ata, mənə 15 manat pul göndərərsən” -

Ölkə
 1-03-2017, 11:06     527

“Ata, mənə 15 manat pul göndərərsən” -

interposta.info azvision.az-a istinadən xəbər verir ki, şəhid E. Əhmədov ötən gün günorta saatlarında atası ilə sonuncu dəfə telefonla danışıb. Bu barədə şəhidin yaxınları məlumat veriblər.

“Elvin bir aydan sonra hərbi xidməti başa vurub evə qayıdacaqdı. O, çox ağıllı, səmimi, təbiyyəli gənc idi. Orta məktəbi bitirən kimi, hərbi xidmətə yollanmışdı. Ailəsi, hamımız onun yolunu gözləyirdik. Dünən günorta atası ilə telefonda danışıb deyib ki, kənddən ora bir nəfər gedəcək, onun vasitəsi ilə 15 manat mənə pul göndərərsən, evə qayıtmaq üçün lazım olacaq. Ailəsi elə də imkanlı deyil. Təsərrüfatla məşğul olurlar. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Biz şəhidlərimizlə qürur duyuruq”,-deyə şəhidin yaxınları söyləyib.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26