Interposta.Info

Azərbaycanda ağlasığmaz hadisə -

Ölkə
 14-02-2017, 07:31     615

Azərbaycanda ağlasığmaz hadisə -

Ruhi xəstəni aldadaraq zamin tutdu, indi də götürdüyü krediti ödəmir.
interposta.info xəbər verir ki, ağlasızğmaz hadisə Mingəçevirdə baş verib. Yevlaxın Tanırqulular kəndində yaşayan Əsgər adlı şəxs Mingəçevir sakini 54 yaşlı Ramiz Məhərrəmova az miqdarda pul verərərək onu aldadıb və özünə zamin tutub.
Bir müddət sonra isə krediti ödəməkdən yayınıb. Borc da ruhi xəstənin pensiyasından tutulur. Zaminin həyat yoldaşının sözlərinə görə, məsələ ilə bağlı banka da müraciət ediblər. Amma nəticəsiz qalıb. Bank hətta kreditin miqdarını və nə qədər müddətə götürüldüyünü də onlara deməkdən imtina edib.
Ruhi xəstəni aldadan şəxsin pulları qaytarması üçün məhkəmədə iddia da qaldırılıb. Məhkəmə pulun Ramiz Məhərrəmova ödənilməsi barədə qərar qəbul edib.
İndi həmin şəxs nə götürdüyü krediti ödəyir, nə də zaminin borcunu qaytarır. /xezerxeber.az

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26