Interposta.Info

Birinə görə 400 delfin özünü qurban verdi –

Ölkə
 10-02-2017, 12:27     642

Birinə görə 400 delfin özünü qurban verdi –
400-dən artıq delfin Yeni Zelandiyanın Cənub adasında özünü sahilə atıb.

Axar.az xəbər verir ki, “Radio Nyu Zeland”ın yaydığı məlumatda delfinlərin böyük əksəriyyətinin öldüyü bildirilir. Genişmiqyaslı xilasetmə əməliyyatı başlayıb və 100-ə yaxın delfin xilas edilib. Xilasedicilər hazırda delfinlərə dənizə qayıtmaq üçün “düzgün istiqamət” seçməyə yardım edirlər.

Qeyd edək ki, Yeni Zelandiyada vaxtaşırı olaraq belə hadisə baş verir. Alimlər delfinlərin bu intiharının səbəbi barədə dəqiq bir fikir deyə bilmirlər. Adətən, əgər bir delfin özünü sahilə atırsa, digərləri ona yardım etmək üçün sahilə çıxır və nəticədə böyük faciə yaşanır.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26