Interposta.Info

Bakıda 9 avtomobil qəzası -

Ölkə
 28-01-2017, 12:45     827

Bakıda 9 avtomobil qəzası -
Ötən sutka ərzində respublikanın avtomobil yollarında 9 yol-nəqliyyat hadisəsi baş verib.

interposta.info bildirir ki, bu barədə BakiPost.az-a Baş Dövlət Yol Polis İdarəsinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəisi Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, respublikanın avtomobil yollarında qeydə alınan qəzalar zamanı 2 nəfər həlak olub,13 nəfər isə yaralanıb: "Piyadaların öldüyü qəzaların hər ikisi Bakı şəhərinin Nizami rayonunda olub”.

Kamran Əliyev bildirib ki, havaların, xüsusilə də Xaçmaz, Quba, Ağsu və İsmayıllı istiqamətində qarın yağması nəzərə alınaraq, o əraziyə gedən sürücülərin daha da diqqətli olmaları təkrar tövsiyə olunur: "Dünəndən sürücülərə müraciət etmişdik ki, havaların qarlı, yolların buzlu olmasını nəzərə alaraq belə havada nəqliyyatı idarə etmək təcrübəsi olmayanlar yola çıxmasın. Həmçinin yollarda olanlar da diqqətli olmalıdır. Amma buna baxmayaraq qarlı və buzlu havada idarə etmək təcrübəsi olmayan sürücülər belə yollara çıxır. Faktiki olaraq hazırda yollarda elə də problem yoxdur. Yenə də 25 və ya 30 il təcrübəsi olan, amma belə havada maşını idarə edə bilməyən, özlərinə arxayın olmayan sürücü yola çıxmamalıdır”.

K. Əliyev qeyd edib ki, sürücülər tövsiyələrə məhəl qoymadan yenə də yollara çıxır: "Sürücülər də arxayınlıq var. Tövsiyələrə qulaq asmadan avtomobil idarə edirlər. Nəticədə həm özləri əziyyət çəkir, həm də digər sürücülər üçün problemlər yaradılar”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26