Interposta.Info

“Azərbaycan tərəfi hər zaman hücuma keçə bilər” —

Ölkə
 21-01-2017, 08:55     494

“Azərbaycan tərəfi hər zaman hücuma keçə bilər” —
Son vaxtlar Ermənistan hakimiyyəti cəbhədə gərginlik yaratmağa və atəşkəsi pozmağa çalışır. Ekspertlər bunu Serj Sarkisyanın hakimiyyətini qorumaq üçün oynadığı həmişəki oyunun davamı olduğunu düşünürlər.
interposta.info xəbər verir ki, hərbçi ekspert Azad İsazadə Ölkə.Az-a açıqlamasında bildirib ki, ermənilərin aktivləşməsinin həm siyasi, həm də iqtisadi səbəbləri var. Onun fikrincə, ermənilərin aktivləşməsinin birinci növbədə siyasi səbəbləri var:


“Aprel döyüşlərindən sonra Ermənistan hökumətinin istər diplomatik fəaliyyəti, istərsə də cəbhə sahəsində aktivliyi artıb. Bu döyüşlərdən sonra ermənilər öz zəif yerlərini gördülər. Bundan əlavə, cəbhədə uğradıqları məğlubiyyətlə paralel olaraq, Ermənistan hökumətinin siyasi baxımından da uduzduğu müşahidə edildi. Bu döyüşlərdən sonra rəsmi İrəvan özünü itirmişdi. Hətta danışıqlara getməyə belə hazır idi. Lakin cəmiyyətinin içərisində, hərbi veteranların arasında etirazlarla rastlaşdı. Bu etiraz dalğasını söndürə bilmədiyi üçün Sarkisyan kürsüsünü qorumaq üçün daha da qresivləşdi. Bu zaman isə Ermənistanda sülhməramlı qüvvələr baş qaldırdı. Azərbaycan mövqeyini dəstəkləyən erməni siyasətçiləri çoxalmağa başladı. Bu da rəsmi İrəvana etiraz formasının bir növü idi”, - deyə A. İsazadə bildirib.

Ekspertin fikirincə, ermənilərin cəbhədə aktivləşməsinin ikinci səbəbləri isə iqtisadi məsələdir:

“Ermənistan hakimiyyəti cəbhədə süni aktivləşmə etməklə istəyir ki, ölkədə baş verən iqtisadi böhrandan fikiri yayındırsın. İnsanların aclığa olan etirazlarını müharibə şəraiti qurmaqla yatırtsın”.
Azad İsazadə deyir ki, həmişə Rusiyaya arxalanan Sarkisyan hakimiyyəti bu dəfə eyni dəstəyi görmədiyi üçün çaşıb. Bu səbəbdən də, ermənilər məhz qorxduqları üçün özlərini daha da aqresiv aparırlar:

“Ermənilərin güvəndiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) bu sahədə heç bir rolu yoxdur. Həmin təşkilatı Rusiyanın NATO-su kimi adlandırırlar. Lakin həmin təşkilatın Dağlıq Qarabağ məsələsində nə siyasi rolu, nə də hərbi təsiri var. Həmin aprel döyüşləri və ondan sonra cərəyan edən hadisələr göstərdi ki, KTMT Ermənistan üçün xeyirli bir təşkilat deyil. Həmin təşkilata daxil olan ölkələr birmənalı olaraq Ermənistanı dəstəkləmədi. Hətta açıq şəkildə olmasa belə Rusiyanın özü də nisbətən neytral və yumuşaq mövqe saxladı”.

A. İsazadənin fikrincə, əgər bel ədavam edərsə, ötən ilin aprel döyüşləri təkrarlanacaq. Həm də, daha sərt və ermənilərin birdəfəlik məğlubiyyəti ilə nəticələnən bir döyüş ola bilər:

“Düşünürəm ki, ermənilər hər zaman ehtiyatlı olmalıdırlar. Çünki artıq Azərbaycan dövləti və ordusu onun tanıdığından daha çox güclüdür. Bu səbəbdən də, Azərbaycan tərəfi hər zaman hücuma keçə bilər. Hər zaman aprel döyüşləri təkrarlana bilər. Bu dəfə isə daha sərt və daha qətiyyətli şəkildə gücümüzü ortaya qoymağa hazırıq”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26