Interposta.Info

Botanika İnstitutu ilə Karaçi Universiteti arasında anlaşma memorandumu yenilənib

Müxtəlif
 28-04-2026, 17:30     137

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Botanika İnstitutu PHŞ ilə
Pakistan Respublikasının Karaçi Universitetinin Kimyəvi və bioloji elmlər üzrə
beynəlxalq mərkəzi (ICCBS) arasında əməkdaşlığa dair anlaşma memorandumu
imzalanıb və tərəfdaşlıq daha 5 il müddətinə uzadılıb.
Memorandum Botanika İnstitutunun direktor vəzifəsini icra edən, direktor müavini
professor Səyyarə İbadullayeva və Karaçi Universiteti ICCBS-in direktoru
professor M. Raza Şah tərəfindən imzalanıb.
Memorandumda birgə elmi layihələrin hazırlanması, doktorant və dissertantların
mübadiləsi, beynəlxalq konfrans və simpoziumların təşkili, elmi və metodik
nəşrlərin mübadiləsi nəzərdə tutulur. Əməkdaşlıq çərçivəsində ətraf mühitin idarə
olunması, biomüxtəlifliyin qorunması və digər aktual elmi istiqamətlər üzrə birgə
tədbirlərin keçirilməsi də planlaşdırılır.
Qeyd edək ki, yenilənmiş əməkdaşlıq memorandumu mövcud tərəfdaşlığın
davamlı inkişafına, elmi potensialın gücləndirilməsinə və Azərbaycan elminin
beynəlxalq müstəvidə mövqeyinin daha da möhkəmlənməsinə xidmət edəcəkdir.

Goldmedia.az


Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26