Interposta.Info

Bu gün Ramazanın ilk Qədr gecəsidir

Müxtəlif / Manşet
 20-04-2022, 09:42     384

Bu gün Azərbaycanda Ramazan ayının ilk Qədr gecəsidir.

"İnterPosta"nın məlumatına görə, bunu APA-ya açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Fuad Nurullayev deyib.

Onun sözlərinə görə, Ramazan ayının 18-ci günündən 19-cu gününə keçən gecə ilk Qədr gecəsi olur:

"Bundan başqa, aprelin 21-i (Ramazan ayının 20-dən 21-nə keçən gecə), 23-ü (Ramazan ayının 22-dən 23-nə keçən gecə) və 27-də də (Ramazan ayının 26-dan 27-nə keçən gecə) Qədr gecələri olacaq. Amma peyğəmbərimizin hədisində qeyd olunub ki, Ramazanın sonuncu ongünlüyünün istənilən axşamı Qədr gecəsini keçirmək olar. Allah o gecəni peyğəmbərlə gizli saxlayıb ki, insanlar bu gecələrin bir çoxunda dua edib namaz qılsınlar və çoxlu savab qazansınlar. Çünki həmin gecədə Allah Quranı peyğəmbərimizin qəlbinə bəxş edib. Bu gecə sübhə qədər oyaq qalınsa, dualar edilsə, daha gözəldir" - deyə o qeyd edib.

Qeyd edək ki, Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramı olacaq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26