Interposta.Info

“Sürətlə varlanmağa başladılar” - KİVDF-nin sabiq əməkdaşından SENSASİON AÇIQLAMA

 

Müxtəlif / Paradoks
 29-07-2021, 09:46     75 883

Jurnalistlər üçün tikilmiş 3-cü binanın təyinatının dəyişdirilməsi ilə əlaqədar edilən müraciətlərlə bağlı dartışmalar davam edir. Bəziləri bunu haqlı, bəziləri isə ədalətsiz hesab edirlər. Odur ki, məsələdən azdan-çoxdan məlumatı olan adam kimi mən də münasibət bildirmək istəyirəm.

Heç kəsə sirr deyil ki, jurnalistlər üçün tikilmiş 1 və 2 ci binalarda Əli Həsənovun rəhbərlik etdiyi mütəşəkkil dəstə kifayət mənzillər ələ keçiriblər. Dəqiq desək media kapitanları həmin binadakı evləri öz aralarında heç kəsdən çəkinmədən müxtəlif adlar altında pay-püşt ediblər. Bəzi jurnalistlər istisna olmaqla.

Belə ki, binadakı evlər əvvəlcədən müəyyən edilmiş məbləğ müqabilində KİVDF-dən ildə 120 min və üstəgəl 30-35 min birdəfəlik maddi yardım alan, günlərini Türkiyədə və bölgələrimizdə kef məclislərində keçirən baş redaktorların iştirakı ilə onların yaxınlarına, qohumlarına, katibələrinə və sevgililərinə verilib.

Bu işdə Əli Həsənov da fəal iştirak edib. KİVDF Ramiz Mehdiyev və Əli Həsənovun təşəbbüsü ilə yaradılıb və məqsəd isə pul qazanmaq olub. Amma nədənsə 2013-cü ildə Ramiz Mehdiyev geri çəkildi və ona məxsus qəzetin biri bağlandı. Nəticədə həmin qəzetin baş redaktoru işsiz qaldı. Sonra isə kiminsə vasitəsi ilə Əli Həsənovun yanında işə düzəldi.

Beləliklə meydan Əli Həsənova qaldı və yeyintinin maştabı bir qədər də genişləndi. Qəzetlərə və televiziyaya verilən məbləğin miqdarı artırıldı. Jurnalistlərin maddi sosial vəziyyətinin yaxşılaşdırılması arxa pılana keçdi. Əli Həsənov və onun dəstəsinin üzləri sürətlə varlanmağa başladılar. Bəzi məlumatlara görə Əli Həsənov və başına yığdığı baş redaktorlar elektron media da daxil olmaqla 10–il ərzində təxminən 76 milyon pul mənimsəyiblər. Korrupsiya o həddə çatdı ki, axırda ölkə başçısı məsələyə müdaxilə etməli olub və nəticədə Vüqar Səfərli həbs edildi.

Bəs niyə təkcə V. Səfərli? Əslində belə olmamalı idi. Bu işdə baş redaktorlar da dindirilməli onların məsuliyyəti müəyyənləşməli idi. Çünki, dövlətin bəlli qəzetlərə ayırdığı məbləğin bir hissəsini elə bu media kapitanları mənimsəyiblər. Özlərinə villa tikib, maşın alıblar. Bir sözlə, tabeçiliklərində olan əməkdaşların pulunu kəsib kef içində yaşayıblar.

Yəqin ki, Vüqar məhkəmədə bu məsələni qaldıracaq. Əlavə edim ki, qəzetlərin böyük əksəriyyəti dövlət tərəfində ayrılan məbləğ üçün nəzərdə tutulan müsabiqə şərtlərini yerinə yetirməyiblər.

Amma müntəzəm olaraq müsabiqədə qalıb gəlib və ildə 120 min manat pul alıblar. Acığını deyim ki, KİVDF-nin 6 aydan bir elan etdiyi müsabiqədə iki qəzetin fəaliyyəti normalara cavab verib. Onlardan biri "Azadlıq” qəzeti olub (2013-ildə müsabiqədə iştirakdan imtina edib.) Digəri isə "Yeni Müsavat”. Yerdə qalan qəzetlərin redaktorları pul verərək Tağı Əhmədovun metroda yaratdığı yayım firmasından arayış alırdılar. Vüqar Səfərlinin də bir yayım şirkəti vardı…

Bir sözlə, saxta sənədlərlə müsabiqədə qalib olublar. Əslində pul alacaq qəzetləri Əli Həsənov şəxsən özü müəyyənləşdirib. Ayrılmış məbləğin müəyyən hissəsinin "obnalıcka” olunmasını isə Vüqara həvalə edib.

Ev məsələsi də aydındır. Bu işdə Vüqar Səfərli ilə redaktorlar əlbir oldular. Ortada pul olub, tapşırıq olub və s. Əgər istintaq duz getsəydi, indi bir çoxları Vüqarla "xlebnik” olardılar. Amma bu baş vermədi.

Görünür rəhbərlik vəziyyətdən çıxış kimi belə bir addım atmağa qərar verib. Yoxsa bu qədər media kapitanlarının istintaqa cəlb edilməsi böyük səs-küyə səbəb ola bilərdi.

Məhəbbət Orucov,
KİV DF-nin sabiq əməkdaşı

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26