Interposta.Info

İki sərhədçimizi qətlə yetirən iranlılardan birinin məhv edilməsinin təfərrüatı (FOTO/VİDEO)

Müxtəlif
 19-05-2021, 17:40     399

Bir neçə gün əvvəl DSX-nin iki hərbçisini qətlə yetirən İran İslam Respublikasının vətəndaşı bu gün Yardımlı rayonunun Zevin kənd sakinlərindən birinin evinə yaxınlaşan zaman yeri bəlli olub.

"İnterPosta" xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, DSX və Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının əməkdaşları tərəfindən məhv edilən İranlı Ağayi Əllahbəxş Bağış oğlu Yardımlı rayonunun Zevin kəndində Bağlar adlanan ərazidə gizlənibmiş.

O, bu gün səhər kənd sakinlərindən bir xanımın evinə yaxınlaşaraq çörək istəyib və beləliklə yerini bəlli edib. Xanım isə dərhal bu barədə kənd icra nümayəndəliyinə məlumat verib. Kənd icra nümayəndəliyi məsələ barədə dərhal Dövlət Sərhəd Xidmətinə və Daxili İşlər Nazirliyinə məlumat verib.

Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində şəxsin yeri müəyyən edilib. O, təslim olmaqdan imtina edərək, silahlı müqavimət göstərdiyi üçün hərbi qulluqçularımız tərəfindən silah tətbiq edilməklə məhv edilib.

Hazırda rayonun Zevin kəndində sözügedən ərazidə əməliyyat-axtarış tədbirləri davam etdirilir. Təhlükəsizlik məqsədilə bütün qabaqlayıcı tədbirlər həyata keçirilir.

İnterPosta.info







Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26