Interposta.Info

“Həftəsonu ictimai nəqliyyatın işləməməsi absurddur” - Tanınmış həkimdən etiraz

Müxtəlif / Paradoks
 19-09-2020, 18:06     857

“Həftəsonu ictimai nəqliyyatdan istifadənin yasaqlanması, eləcə də qapalı məkanlarda yaxın qohumların iştirakı ilə toy, ad günü keçirməyin qadağan olunması absurd qərardır. Burdakı məntiqi anlaya bilmirəm. Niyə belə düşünürlər, bu cür qərarlar verirlər həqiqətən anlamıram”.

"İnterPosta" xəbər verir ki, bu sözləri Avropa Nevroloji Akademiyanın həqiqi üzvü, həkim-nevroloq Qalib Əsədov açıqlamasında bildirib.

Həkimin fikrincə, karantin qaydalarına müntəzəm riayət olunsa, təcrid olunmağa ehtiyac qalmayacaq:

“Sadəcə, qapalı mühitdə maska taxmaq, fiziki məsafəni gözləmək, əllərin dezinfeksiyasına mütəmadi diqqət etmək kimi davranışlara düzgün şəkildə riayət etmək vacibdir. Karantin məhdudiyyətlərini uzatmaqla insanları əyləncədən, əzizlərinin xeyir-şərindən məhrum etmək düzgün deyil. Necə olur ki, yad adamlar restoranlarda otura bilər, amma yaxın qohumlar birləşib bir yerdə otura bilməz. Onsuz da bu adamlar bir- biri ilə daim təmasdadır. Virusa yoluxmanın çox az olduğu rayonlarda belə toy etmək qadağandır. Bunun nə mənası var ki?”

Q,Əsədəov hesab edir ki, bugünkü qərarlar əhalinin demoqrafik göstəricilərinə ciddi təsir edəcək:

“Artıq sosial həyatın bütün sahələrini fəallaşdırmaq, toy şənliklərini bərpa etmək lazımdır. “Vağzalı” sədaları altında qız köçürüb, gəlin gətirmək hər bir valideynin arzusudur. Gənclər illərlə toy günün xəyalını qurur, sevib -sevdikləri şəxslə evlənib, sevinclərini əzizləri, dost-tanışları ilə bölüşmək istəyir.

Amma 6 aydan çoxdur ki, insanlarımız bu xoşbəxtlikdən məhrum edilib. Virusun ən kəskin yayıldığı ölkələrdə belə bu cür sərt karantin qaydaları tətbiq edilib, insanları toydan, əyləncədən məhrum etmədilər”./hit.az

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26