Interposta.Info

Marionet dövlət– Uydurulmuş tarix

Müxtəlif / Paradoks
 25-12-2018, 08:45     11 362

Xalq nəyi ilə fəxr edə bilər? Zəngin tarixi və mədəniyyəti, elm və maarifləndirmədəki nailiyyətləri ilə. Bəs öz mədəniyyəti və tarixi, ənənələri və normal dövlət gücü olmayan bir cəmiyyət özünü nə ilə təqdim edə bilər?
Əlbəttə ki, digərlərinin mədəniyyətini, tarixini, ənənələrini, torpaqlarını mənimsəməklə.Bir sözlə, sənə aid olmayan hər bir şeyi ələ keçirməklə. Ermənilər də özlərinin mövcudiyyətlərindən bu yana elə bununla – başqalarının mədəniyyətlərini mənimsəməklə məşğuldurlar (xüsusən onlar azərbaycan, gürcü və Qafqazın digər xalqlarının maddi və qeyri-maddi irsini ələ keçirməyə çalışırlar), onlar görkəmli insanların bir çoxunun erməni olduğunu deyirlər (səfehliyin ən yüksək nöqtəsi ermənilər tərəfindən nəşr olunmuş “İsa Peyğəmbərin erməni kökləri” kitabı oldu).Mən sadəcə bir sual vermək istəyirəm. Ermənilərin ümumiyyətlə vicdanla bağlı anlayışları və ya təsəvvürləri var?İsa Peyğəmbərə erməni köklərini necə aid etmək olar? Sağlam düşüncəli insan cavab verərdi ki, ermənilər utanmalıdırlar. Buradan kafirlik və başqalarının torpaqlarında gözü olmaq qoxusu gəlir.Burada ermənilərin xəstəliyi özünün pik səviyyəsinə çıxır. Nə dövlətçiliyi, nə də milləti olmamış insanlardan bunu gözləmək olardı. Ermənilərin Qarabağla bağlı iddiaları mənasızdır.Ermənilər Qafqaza 1828-ci ildə imzalanmış Türkmənçay Müqaviləsinin şərtlərinə əsasən köçürülmüşdülər. (Türkmənçay Müqaviləsi — 1826-1828-ci illər arasında baş vermiş Rus-İran Müharibəsini başa çatdıran Rusiya İmperiyası ilə İran arasında imzalanmış sülh sazişi). Ermənilərin İrandan Şimali Azərbaycana köçürülməsi müqavilənin 15-ci maddəsi ilə təsdiqlənirdi. Ermənilərin əsas köçürülmə yerlərindən biri Qarabağ torpaqları idi.Ermənilər bunu inkar edirlər və gəlmə olmadıqlarını bütün səsləri ilə bağırmağa davam edirlər.İndi isə ermənilərin Azərbaycan ərazisinə gəlmə olduqları və Qarabağla hər hansı bir əlaqələrinin olmamaları ilə bağlı ikinci fakta keçək: 1978-ci ildəDağlıq Qarabağ erməniləriöz köçürülmələrinin 150 illiklərini qeyd etdilər və bunun şərəfinə Ağdərənin (keçmiş Mardakert) Marağaşen (Leninavan) kəndində abidə ucaltdılar. Kənd onların birinci Vətənlərinin – İrandakı erməni kəndi Marağanın şərəfinə adlandırılmışdı. Təbii ki, bunu ört-basdır etmək üçün abidə 1988-ci ildə ermənilər tərəfindən dağıdıldı, daha sonra isə abidə tanınmayacaq qədər dəyişdirilmiş və ondakı 150 rəqəmi silinmişdi. Ermənilər düşünürdülər ki, bu unudulub, lakin yox, bu abidənin üzərində 150 rəqəminin olduğu şəkil qalıb. Ermənilərin Qarabağa gəlmə olduqları ilə bağlı tarixi sübutlar çoxdur. Ermənilərin Qarabağa iddiaları ilə bağlı mifin dağıldığı iki əsas amili məqalədə qeyd etdim. İndi isə İrəvanın da ermənilərlə hec bir əlaqəsinin olmamasına toxunaq: bu, 29 may 1918-ci il tarixində Tiflisdə keçirilmiş və İrəvanın ermənilərə 99 illiyinə icarəyə verilməsi ilə bağlı Müsəlman Milli Şurasının 3-cü iclasının protokoludur. (çox maraqlıdır ki, bu sənəd itmişdir, bunun üçün 1920-ci il aprelin 27-də Azərbaycan Demokratik Respublikasının sərhədini keçən və bizim müstəqilliyimizə son qoyan Sovet Sosialist Respublikasına təşəkkür etmək lazımdır. Onlar bizi Sovet İttifaqına birləşdirdilər və daşnakların İrəvanda möhkəmlənməsinə çalışdılar. Azərbaycanın SSR-nin tərkibinə daxil olmasından sonra Tiflisdə keçirilmiş Müsəlman Milli Şurasının29 may 1918-ci il tarixli, 3-cü iclasının protokolu itdi). İrəvanın ermənilərə məxsus olmaması ilə bağlı ikinci və ən vacib fakt. Rusiya İmperiyasının tərkibinə daxil olma, Azərbaycan mənşəli İrəvan xanları tərəfindən həyata keçirilmişdi. Birinci Dövlət Dumasında İrəvandan olan ilk deputatın İrəvan xanlarının nəslindən olması və bu ərazidə hər zaman azərbaycanlıların və digər türk xalqlarının yaşaması (hansılar ki 1947-ci ildə SSRİ Nazirlər Kabinetinin əli ilə öz torpaqlarından qovulublar) kimi faktlar ermənilərin İrəvan ərazisinə heç bir aidiyyatı olmadığını təsdiqləyir. Məqalənin sonunda ermənilərə aid olan saxta tarixçəni qeyd etmək istərdim. Bu guya Osmanlı İmperiyasında həyata keçirilmiş (1915-1916-cı illər) saxta, uydurulmuş erməni “soyqırımı”dır. Ondan başlayaq ki, erməni soyqırımı “zavallı ermənilərin” dünyaya qəbul etdirmək istədiklər axmaq sayıqlamadır. O qeyd olunmalıdır ki, itkilərlə bağlı ermənilərin təqdim etdikləri rəqəmlər real deyil, Osmanlı İmperiyasının ərazisində bu sayda erməni yaşamayıb. Osmanlı İmperiyasını, daha sonra isə Türkiyə Respublikasını çökdürmək istəyən Qərb dövlətləri bu saxta “erməni soyqırımı”nı dəstəkləyirlər. Bu saxtalaşdırmanı əhalinin siyahıya alınmasına dair əsas fakt puça çıxarır, Osmanlı İmperiyasında bu sayda erməni yaşamayıb.
Həyat özü hər şeyi öz yoluna qoyur. Haqq zəfər çalacaq, erməniləri isə öz saxta tarixçələri ilə məğlubiyyət gözləyir. Əzəli Azərbaycan torpaqları geri qaytarılacaq, uydurma “erməni soyqırımı” unudulacaq. İnşallah bu günlər yaxındadır. Onu da deyək ki, Türk xalqları öz işlərini həmişə sona çatdırırlar. Əgər “erməni soyqırımı” olsaydı, yer üzündə bir nəfər də daşnak erməni qalmazdı.
Tamerlan İldırım

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26