Interposta.Info


Qaradağda torpaq çökdü, iki nəfər dağıntılar altında qaldı: Ölən var (VİDEO)

Manşet
 24-04-2026, 11:38     186

Paytaxtın Qaradağ rayonu, Qobustan qəsəbəsi ərazisində vətəndaşlar köməksiz vəziyyətdə qalıb.
Goldmedia.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, hadisə yerinə dərhal FHN-in Xüsusi Riskli Xilasetmə və Dövlət Yanğından Mühafizə xidmətlərinin qüvvələri cəlb edilib.
Qazıntı işləri zamanı torpaq qatının çökdüyü və 2 nəfər vətəndaşın torpaq qatının altında qaldığı müəyyənləşib.
Xilasedicilər tərəfindən bir kişi xilas edilib, digər kişinin isə meyiti çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Goldmedia.az xatırladır ki, hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26