Qobu Park sakinlərindən Vilayət Eyvazova və polisərə dərin təşəkkürləri
Qobu Park sakinlərindən Daxili İşlər Nazirliyinə dərin minnətdarlıq
Bakı şəhərinin Qaradağ rayonundakı “Qobu Park” yaşayış kompleksinin sakinləri, Azərbaycan Respublikasının Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov canabına!
Son günlərdə yerlərdə aparılan əməliyyatlar nəticəsində ictimai asayişin qorunması, qanunsuz fəaliyyətlə məşğul olan şəxslərə qarşı mühüm addımlar atılıb. Ciddi tədbirlər görülüb. Xüsusilə, narkotik vasitələrin qanunsuz istifadəsinə qarşı mübarizə və bu istiqamətdə əldə edilən nəticələr sakinlər tərəfindən yüksək qiymətləndirilir.
Qobu Park sakinləri qeyd edirlər ki, bu cür əməliyyatlar onların gündəlik həyatlarında təhlükəsizlik və rahatlığın təmin edilməsi deməkdir. Uşaqların, ailələrin və ümumiyyətlə cəmiyyətin daha dinc və yaxşı şəraitdə yaşaması üçün görülən işlər hər kəs tərəfindən təqdir olunur.
Sakinlər əmindirlər ki, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfi dinc yaşayışın sğortasıdır.
Sonda “Qobu Park” sakinləri Daxili İşlər Nazirliyinin rəhbərliyinə və polis həmkarlarına çətin və məsuliyyətli fəaliyyətlərində, göstərdikləri diqqət və qayğıya görə hər birinə işlərində uğurlar arzulayırlar.
Goldmedia.az
Xaliq Rəşidoğlu
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26



