Interposta.Info

Bakıda söküntülər başladı: Kompensasiya sakinləri qane etmir (VİDEO)

Manşet
 2-05-2025, 09:29     39 184

Bakının bəzi ərazilərində köhnə tikililərin sökülməsinə başlanılıb.

"İnterPosta" İTV-yə istinadən xəbər verir ki, paytaxtın 20-ci sahə adlanan ərazisi, Çernyaxovski küçəsində artıb sakinlərin bir qismi köçürülür.

Lakin verilən kompensasiya ilə razılaşmayanlar da var.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən bildirilib ki, mövcud evlərin sökülməsi və ərazinin abadlaşdırılması planlaşdırılır. Artıq həmin ünvanlarda yerləşən 34 mənzil üzrə kompensasiya ödənilib.

Sakinlərin köçürülməsi təmin edilib.

Digər ərazilərdə yaşayan vətəndaşlarla da notarial qaydada razılaşma müqavilələrinin bağlanması və ödənişlərin həyata keçirilməsi nəzərdə tutulur.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26