Interposta.Info

Almaniya prezidenti ilk dəfə Azərbaycana gələcək

Manşet
 Bu gün, 15:44     2 320

Almaniya prezidenti Frank-Valter Ştaynmayer Ermənistan və Azərbaycana ilk dəfə rəsmi səfərlər edəcək.

"İnterPosta" xəbər verir ki, bu barədə Almaniya Prezidentinin mətbuat xidməti məlumat yayıb.

Səfər 30 mart - 2 aprel tarixlərində baş tutacaq, Ştaynmayeri həyat yoldaşı Elke Büdenbender müşayiət edəcək.

Ermənistana səfər çərçivəsində prezident Vaaqn Xaçaturyan və baş nazir Nikol Paşinyanla görüşlər planlaşdırılır. Ştaynmayer həmçinin bir sıra mədəni tədbirlərdə iştirak edəcək.

Azərbaycanda Ştaynmayer rəsmi şəxslərlə görüşlər keçirəcək. Səfərin gündəliyinə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğuna səfər və xristian, müsəlman və yəhudi dini icmalarının nümayəndələri ilə görüşlər daxildir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26