Rövşən Şahbaz oğlu Muradov seçiciləri ilə nöbəti görüş keçirdi - FOTO

Milli Məclisin deputatı Rövşən Şahbaz oğlu Muradov seçiciləri ilə nöbəti görüş keçirib.
2025-ci il 19 fevral tarixində Bakı şəhəri, Səbail rayonu Badamdar qəsəbəsində müvəqqəti məskunlaşmış laçınlı seçiciləri ilə Laçın rayonu Badamdar kənd ümumi orta məktəbində növbəti görüş baş tutub.
Görüşdə deputat seçiciləri maraqlandıran bir-sıra məsələlərə öz münasibətini bildirməklə yanaşı, eyni zamanda onların qaldırdıqları sosial-iqtisadi, mülki, mədəni-məişət, məşğulluq və təhsil problemləri ilə bağlı fikirlərini diqqətlə dinləyib.
Eyni zamanda ümumi görüşdən sonra Rövşən Muradov bəzi sakinləri fərdi qaydada qəbul edib, onların şəxsi problemləri ilə də maraqlanmış və bəzi məsələlərin yerindəcə həll edilməsi ilə əlaqədar köməkçisinə müvafiq qeydlər aparmaqla tapşırıqlar vermişdir.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26