Millət vəkili Rövşən Şahbaz oğlu Muradov Laçın şəhərində seçiciləri ilə ilk görüşünü keçirib - FOTOLAR

Laçın rayonundan millət vəkili Muradov Rövşən Şahbaz oğlu Laçın şəhərində seçiciləri ilə ilk görüşünü keçirib.
28 oktyabr 2024-cü il tarixində Şərqi Zəngəzur iqtisadi rayonunun Laçın şəhər 2 nömrəli tam orta məktəbində şəhər sakinləri ilə ilk görüş keçirilib.
Görüş zamanı sakinlərin sosial-iqtisadi, məişət və məşğulluq problemləri deputat Rövşən Muradov tərəfindən dinlənilb və qaldırılan məsələlərin həlli istiqamətində sakinlərə köməklik göstərilməsi məqsədi ilə müvafiq dövlət və hökümət orqanlarına müraciətlərin edilməsi görüş iştirakçılarının diqqətinə çatdırıldı.
Daha sonra görüşlər Sus və Zabux kənd tam orta məktəblərində davam etdirildi. Bu məktəblərdə də eyni ilə olaraq sakinlər tərəfindən qaldırılan problemlər sosial-iqtisadi, məişət və məşğulluq məsələləri əhatə edib.
İnterPosta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26