Interposta.Info

Gürcüstan-Azərbaycan sərhədində zəlzələ oldu

Manşet
 17-07-2024, 09:17     21 147

Gürcüstan-Azərbaycan sərhədində 4.8 maqnitudada zəlzələ olub.

"İnterPosta" xəbər verir ki, bu barədə AMEA-nın nəzdindəki Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Zəlzələlərin tədqiqatı bürosunun məlumatına əsasən, yeraltı təkanlar Zaqatala stansiyasından 61 km cənub-qərbdə Gürcüstan ərazisində qeydə alınıb.

Zəlzələ ocağı 5 kilometr dərinlikdə yerləşib. Yeraltı təkanlar Azərbaycanın sərhəd rayonlarında 4-3 bala qədər hiss olunub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26