Interposta.Info

Azərbaycanda yeraltı təkanlar günü-gündən artır: Güclü zəlzələ gözlənilirmi?

Manşet
 27-03-2024, 14:49     29 194

"2024-cü ilin ilk 3 ayı ərzində Azərbaycanda 2000-dən çox yeraltı təkan qeydə alınıb”.

Bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli "Açıq qapı” günü ilə bağlı jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, maqnitudası 3 və 3-dən yuxarı olan təkanlar barədə də ictimaiyyətə məlumat verilib.

"Təkanlar günü-gündən artır. Lakin ölkədə hazırda seysmik aktivlik fon səviyyəsindədir. Bunlar xırda təkanlardır. Elə güclü təkanlar yoxdur ki, dağıdıcı zəlzələ ehtimalı da olsun”, deyə Qurban Yetirmişli vurğulayıb.//report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26