Interposta.Info

2023-ün sonuncu köçü: Laçın bu gün daha 80 sakinini qəbul edir 

Manşet
 28-12-2023, 09:17     21 323

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, yenidən qurulan Laçın şəhərinə keçmiş məcburi köçkünlərin qayıdışı davam edir.

"İnterPosta" xəbər verir ki, dekabrın 28-də daha 25 ailə - 80 nəfər doğma yurduna köçürülür.

Bunlardan 13 ailə (38 nəfər) Bakı şəhərində, beş ailə (17 nəfər) Bərdə rayonunda, beş ailə (15 nəfər) Sumqayıt şəhərində, iki ailə (10 nəfər) Abşeron rayonunda məskunlaşmışdı.

Bakı və Sumqayıt şəhərlərindən, Abşeron rayonundan köçürülən 20 ailə (63 nəfər) Qaradağ rayonunda məcburi köçkünlər üçün tikilmiş “Qobu Park-3” yaşayış kompleksindən yola salınıb.

Bərdə rayonunda yaşayan beş ailə (17 nəfər) isə məskunlaşdıqları ərazidən yola salınacaq və Horadiz şəhərində köç karvanına qoşulacaq.

Beləliklə, bu gün doğma yurdlarına yola düşən keçmiş məcburi köçkünlər də nəzərə alınmaqla Laçın şəhərində 408 ailənin (1 555 nəfər) daimi məskunlaşması təmin edilib.

Qeyd edək ki, bu, 2023-cü ilin son köç karvanıdır. Keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtması prosesi 2024-cü ildə də davam etdiriləcək.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26