Interposta.Info

BMT nümayəndəsi Azərbaycanda selektiv abortun yaratdığı təhlükə ilə bağlı xəbərdarlıq edib

Manşet
 27-10-2023, 15:34     36 526


"Azərbaycan selektiv abortlara görə dünya ölkələri arasında liderlik edir. Əgər, bu tendensiya dəyişməsə, 2050-ci ildə ölkəmiz müəyyən problemlərlə üz-üzə qalacaq".

Bunu BMT Əhali Fondun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Fərid Babayev "Qadın və uşaq hüquqları üzrə qanunvericiliyin təkmilləşdirilməsi: mövcud vəziyyət və yeni çağırışlar” mövzusunda keçirilən ictimai dinləmədə deyib.

O həmçinin xatırladıb ki, Azərbaycan cins seçiminə görə dünyada Çini də keçərək birinci yerdə qərarlaşıb: "Bu baxımdan ölkədə maarifləndirmə aparılmalı, eləcə də qanunvericiliyə müəyyən dəyişikliklər edilməlidir”./report

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26