Interposta.Info

 

Mayor Şahin Əzizov: “Düşmən bizi başqa istiqamətdən gözləyirdi” - MÜSAHİBƏ + FOTO

Manşet
 30-09-2023, 14:33     208

“Müharibə başlayanda mən rabitə üzrə bölük komandiri kimi xidmət edirdim. Müvafiq əmrə əsasən, döyüşlər başlayanda biz əmin idik ki, qalib olacağıq. İlk tapşırığımız Füzuli istiqamətində rabitənin təmin edilməsi oldu. Ümumiyyətlə, döyüşlərin ürəyi rabitədir”.

Oxu.Az 44 günlük Vətən müharibəsi iştirakçısı mayor Şahin Əzizov ilə müsahibəni təqdim edir:

- Neçə ildir orduda xidmət edirsiniz?

- 34 yaşım var və artıq 17 ildən çoxdur ki, Azərbaycan Ordusunda xidmət edirəm.

- 2020-ci il Vətən müharibəsi başlayan zaman sizin döyüş bölgəsinə getməyiniz necə baş verdi?

- Mənim vəzifəm rabitə üzrə bölük komandiri idi. Hamı kimi biz də torpaqlarımızın işğaldan azad olunmasını səbirsizliklə gözləyirdik. Cənab Ali Baş Komandanın müvafiq əmri ilə Füzuli istiqamətində rabitə üzrə döyüş idarəetməsi bizə tapşırıldı. Deyə bilərəm ki, hətta döyüşün ilk günündən əmin idik ki, biz artıq qalib orduyuq. Biz verilən döyüş tapşırığını icra etmək, daha doğrusu rabitə üzrə idarəetməni təmin etmək məqsədilə təyinat nöqtəsinə yollandıq. 44 gün davam edən döyüşlərdə çox maneələrlə rastlaşdıq.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26