Interposta.Info

PAŞA Sığorta barədə yayımlanan məlumata münasibət bildirdi - Vətəndaş razılaşmır!

Manşet / Paradoks
 31-07-2023, 22:40     1 139

“PAŞA Sığorta” ASC İnterPosta.info-da yayımlanan xəbərlə bağlı münasibət bildirib

“05 iyul 2023-cü il tarixində Taxta Körpü ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində “PAŞA Sığorta” ASC-də “Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası” növü üzrə sığortalanmış avtomobil ilə Dünyamalıyev Mirsalam Rəşid oğlunun idarə etdiyi 10 KH 108 nömrəli VAZ 21061 markalı avtonəqliyyat vasitəsinə zərər vurulmuşdur. Hadisə ilə bağlı məlumat daxil olan kimi müraciət “PAŞA Sığorta” ASC tərəfindən qeydiyyata alınmış, şirkətin səlahiyyətli nümayəndəsi hadisə yerinə yaxınlaşmış, hadisə yerində baxış həyata keçirmişdir.

Qeyd etmək lazımdır ki, qəza komissarları avtomobilə dəymiş zərəri qiymətləndirmir, bu səbəbdən hadisə yerində sığortalı şəxsə ödəniləcək sığorta təminatı barədə məlumat verilməsi mümkün deyil. Zərərlərin qiymətləndirilməsi bu sahədə xüsusi biliklərə malik qiymətləndiricilər tərəfindən həyata keçirilir. Buraxılış ili 1983-cü il olan 10 KH 108 dövlət qeydiyyat nişanlı VAZ 21061 markalı avtonəqliyyat vasitəsinə dəymiş zərər qanunvericiliyin tələbləri nəzərə alınmaqla qiymətləndirilmiş, zərər 1800 AZN məbləğində müəyyən edilmişdir. Qeyd edək ki, qiymətləndirmə aparılarkən zərər məbləği avtomobilin ümumi bazar dəyəri nəzərə alınmaqla təyin edilir. Əlavə olaraq Mirsalam Dünyamalıyevə qiymətləndirmə ilə bağlı müstəqil ekspertin xidmətlərindən yararlanmaq hüququnun mövcud olduğu bildirilmişdir.

***

“PAŞA Sığorta” ASC-nin açıqlaması ilə əlaqədar şikayətçi Dünyamalıyev Mirsalam Rəşid oğlu ilə əlaqə saxladıq. Vətəndaş bildirir ki, sığorta şirkəti mənlədə əlaqə saxladı, mənə 2300 manat pul təklif etdi. Amma mən o, məbləğlə avtomobil təmir etdirə bilmərəm.

“PAŞA Sığorta” ASC-də avtomobilimi təmir etdirməsini istəyirəm, mənim əmlakıma dəymiş zərər düzgün dəyərləndirməyib.

Mirsalam Dünyamalıyev qiymətləndirmə ilə bağlı müstəqil ekspertin xidmətlərindən yararlanmaq hüququnu istəyir.

Ekspert gəlsin mənə məxsus avtomobilə baxış keçirsin və bazarla tanış olsun, görək ili 1983-cü il olan tam təmirli avtomobilin bazar qiyməti neçiyədir?

İnterPosta.info sözü gedən xəbərə keçmək üçün toxunun



Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26