Interposta.Info

DİN “Aşura” günü ilə bağlı vətəndaşlara müraciət edib

Manşet
 22-07-2023, 14:42     176

Daxili İşlər Nazirliyi (DİN) “Aşura” günü ilə bağlı vətəndaşlara müraciət edib.

Müraciətdə deyilir:

“Əziz həmvətənlər!

Məlum olduğu kimi, “Dini etiqad azadlığı haqqında” Azərbaycan Respublikasının qanununa əsasən bütün dini mərasimlər yalnız məscid, ziyarətgah və onlara aid ərazilərdə keçirilməlidir.

İnsanların dini etiqad azadlığına dərin hörmətimizi ifadə edərək bildiririk ki, mərasim iştirakçılarının təhlükəsizliyinin, həmçinin yollarda nəqliyyatın hərəkətinin tənzimlənməsi üçün bütün lazımi tədbirlər görülür.

Bu baxımdan, cari ilin iyul ayının 19-dan başlayan Məhərrəm ayında, o cümlədən iyulun 28-nə təsadüf edən “Aşura” günündə hər bir şəxsin məscidlərə rahat gediş-gəlişini və dini ayinləri sərbəst, maneəsiz icra etməsi üçün polisin gördüyü işlərə dəstək vermənizi, eyni zamanda dini mərasimlərdə yetkinlik yaşına çatmayanların iştirakının tövsiyə olunmadığını nəzərə almanızı xahiş edirik.

Hər bir şəxsin həyatının, sağlamlığının, hüquqlarının, qanuni mənafelərinin, bütövlükdə cəmiyyətin dinc həyatının qorunmasına xidmət edən bu müraciəti anlayışla qarşılamağa çağırır və qabaqcadan təşəkkürlərimizi çatdırırıq”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26