Interposta.Info

İlham İsmayılov Mingəçevir şəhəri idarə edə bilmir? - GİZLİ ÇƏKİLİŞ, VERİLƏN AÇIQLAMA + VİDEO

Manşet / Paradoks
 1-07-2023, 23:42     1 312

Mingəçevirdə qanunsuzluq başalıb gedir?

Bunu deyən Mingəçevir Şəhər sakini Musayev Murad Rza oğlu İnterPosta.info-ya bildirir ki, şikayət etmədiyi dövlət orqanı qalmayıb, amma onun şikayətinə baxan yoxdur.

Vətəndaşın sözlərinə görə, Mingəçevir şəhər İcra Hakimiyyətinin başçısı İlham İsmayılov şəhəri idarə edə bilmir. - Şəhər də özbaşınalıq höküm sürür!
Murad Musayevin sözlərinə görə, Mingəçevir şəhər bülvarında kiçik həcmli gəmilərin hərəkətinə Fövqəladə Hallar Nazirliyi qadağa qoyub, amma buna baxmayaraq yenədə kiçik həcmli gəmilər işlədilir, fəaliyyət göstərir.

Bu azımış kimi kiçik həcmli gəmilərdən istifadə edən turislərə çekdə verilimir.

Eyni zamanda vergidən yayınaraq dövlətin büdcəsinə illərdi ziyan vurulub və vurulur.

Şikayətçinin etdiyi iddiyalara aydınlı gətirmək məqsədi ilə Mingəçevir şəhər İcra Hakimiyyətinin sözçüsü Hüseyinov Azərlə əlaqə saxladıq. Azər bəy bildirir ki, Sahil Parkında kiçik həcmli gəmilərin hərəkətinə Fövqaladə Hallar Nazirliyi və yerli bələdiyyə icazə verir.
Bu məsələ ilə bağlı Mingəçevir şəhər İcra Hakimiyyəti və başçısı İlham İsmayılovun heç bir əlaqəsi yoxdur. – Edilən iddiyalar əsassızdır.

İnterPosta.info Mingəçevir şəhərində yerləşən Sahil Parkında kiçik həcmli gəmilərin hərəkətinə Fövqaladə Hallar Nazirliyinin qadağa qoyduğa açıqlamanı təqdim edir:

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26