Interposta.Info

Azərbaycanlı tələbələrdən heç bir xəbər yoxdur (RƏSMİ)

Manşet
 13-02-2023, 11:22     200


"Malatyadakı tələbələrdən xəbər ala bilmirik".

"İnterPosta" xəbər verir ki, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin Təbliğat, informasiya və analitik təhlil şöbəsinin müdiri Vəsilə Vahidqızı deyib.

Qurum rəsmisi bildirib ki, tələbələrin yaşadıqları binadan bir neçə cəsəd çıxarılıb, onlardan isə hələ ki, heç bir iz yoxdur: "Tələbələrdən birinin atasından və qardaşından indicə gələn mesajlar adamı dəhşətə gətirir. Tələbələri tapa bilmirlər. Qazıntı aparanlar az qala binanın dibinə qədər gedib çıxırlar. Bir neçə insanın cansız bədənini çıxarıblar. Azərbaycanlı tələbələrdən isə hələ ki, heç bir iz yoxdur”.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26