Interposta.Info

İmişli rayon "MERO"sunda özbaşınalıq!

Manşet / Paradoks
 3-04-2017, 23:46     10 223

Şikayətçinin verdiyi məlumata görə İmişli rayonu Dövlət Yol Polisi İdarəsində nəqliyyat vasitələrinin dövlət texniki baxışına təqdim edilməsi zamanı polis əməkdaşı Abdulov Sahil Ərəstun oğlu rüşvət almadan avtomobilləri texniki baxışdan keçirmir.
Bu barədə "interposta.info"-a məlumat verən İsmayılov Çingiz onuda bildirir ki, ona pul ödəməyən şəxslər get-gələ salınaraq incidilir.

Bəzən elə həddə çatır ki, incitdiyi insanlar texniki baxışın vaxtı bitdiyindən cərimə ödəməli olurlar. Şikayətçinin dediyinə görə polis əməkdaşı Sahil Abdulov rüşvət alaraq bir ilə iki-üç mərtəbəli dəbdəbəli ev tikdirib və təmir etdirir. Əlbəttə bir polis əməkdaşının aldığı maaşla bunu etmək qeyri mümkündür. Şikayətçi onu da qeyd edib ki, “rayon yerində işsizlik problemi yaşandığı halda, taksilik edərək ailəni güclə dolandırırıq. Avtomobilin texniki baxışı zamanı bu kimi problemi yaşamamaq üçün məcbur oluruq qazandığımız beş-üç manatı aparıb verək həmin polis əməkdaşına.”
Buna görə həmin şəxslərə qarşı araşdırmalar aparılmalı, ən ağır cəzalar tətbiq edilərək, işlərindən azad edilməlidirlər.

Qarşı tərəfində mövqeyin dərc etməyə hazırıq.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26