Interposta.Info

“Siyavuş müəllim, Səlim Müslümov beş mərtəbəli villasını 1700 manatla necə tikib?” -

Manşet
 31-03-2017, 14:09     1 917

Hafiz Hacıyev: “Mənə televizorda çıxış etməyi qadağan ediblər, amma mən bütün bu məsələlərin hamısın mitinqdə deyəcəm”

“Mən bildiyim qədər sosial sifarişi ölçən barometr yoxdur. Siyavuş müəllimə də deyirəm ki, mitinqlərin keçirilməsində sosial sifarişlər var”.


Bu sözləri Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev YAP rəsmisi Siyavuş Novruzovun keçirilməsi planlaşdırılan mitinqlər haqqında dediyi fikirlərin şərh edərkən deyib.

Xəbər verdiyimiz kimi hakim Yeni Azərbaycan Partiyası (YAP) icra katibinin müavini Siyavuş Novruzov mətbuata verdiyi açıqlamasında deyib ki, Milli Şuranın keçirəcəyi mitinq üçün heç bir sosial sifariş yoxdur və mitinqlərin cəmiyyətlə heç bir əlaqəsi yoxdur. Həmçinin YAP rəsmisi qeyd edib ki: “Mitinqlər erməni lobbisinin sifarişidir. Azərbaycanı istəməyən, ermənipərəst qüvvələr sifariş veriblər. Onlar da sifarişi yerinə yetirirlər. Azərbaycan cəmiyyəti hazırda qeyri-neft sektorunun - pambıqçılığın, kənd təsərrüfatının inkişaf etdirilməsi, yeni iş yerlərinin açılması, abadlıq-quruculuq işlərinin aparılması ilə məşğuldur”.

interposta.info xəbər verir ki ,mövzu ilə bağlı Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev Pia.az-ın əməkdaşına danışıb.

Hafiz Hacıyev: “Siyavuş müəllim getsin, hakimiyyət daxilində kök salmış, başları kiflənmiş məmurlar ilə mübarizə aparsın”.

“Biz dünyada gedən proseslərə də diqqət etməliyik. Azərbaycan da demokratik dövlətdir və bu demokratikliyi sübhə altına ala bilmərik. Mitinqlərin keçirilməsindən çəkinmək lazım deyil. Çünki xalq da şərait yaratmaq lazımdır ki, onlar da öz sözlərin deyə bilsinlər. Demokratik dövlət kimi konstitusiyamız var və bu konstitusiyada da sərbəst toplaşmaq hüququ var. Bizim partiyanın siyasi şurasının ayın 15-də iclası olacaq. Bu iclasda biz də mitinq məsələsin dəqiqləşdirəcəyik. Yəni biz mitinqi ya aprelin 16-a ya da 16-dan sonraya salmaq istəyirik. Biz kimsə, arzusuna görə mitinq keçirməyəcəyik. Bu partiyanın hüququdur və biz də bu hüquqdan istifadə edəcəyik.

Kərimov Əlinin partiyası da mitinq etməyə hazırlaşır. Onlara imkan vermək lazımdır ki, mitinqlərini keçirsin. Çünki onlara imkan verilməsə, deyəcəklər ki, bizdən qorxduqları üçün mitinqə icazə vermədilər. Əgər mitinqlər xalqın sifarişi olmayacaqsa, bu zaman adam az gələcək və biz də deyəcəyik ki, az adam gəldi, hər şey oratadır. Biz bəzi məsələrə qadağa qoyduqda, bəzi qüvvələr ona həsrətlə baxır. Yəni nəyəsə qadağa qoyulanda, o maraq dairəsində olur ki, nə isə var ki, qadağa qoyuldu. Mən istərdim ki, icazəli mitinqlər olsun, icazsiz mitinqlər keçirilməsin. Kərimov Əli aprelin 9-da mitinq edəcək, mən də aprelin 16-da mitinq edəcəm. Yenə də qeyd edim ki, bu mitinqlərdən qorxacaq heç nə yoxdur və mitinqlərin bu cür şişirdilməsinin də tərəfdarı deyiləm.

Hafiz Hacıyev: “Mən hakimiyyət daxilində olan rüşvətxorları heç vaxt müdafiə etməmişəm və etməyəcəm də”.

Bildiyimiz kimi Qərbdən və Avropdana onlara böyük dəstək var. O cümlədən ermənilər tərəfdən onlara böyük dəstək var. Bizə o da məlumdur ki, artıq Türkiyədən Azərbaycanı qarışdırmaq üçün ermənilər tərəfindən milyonlarla pul gəlir. Elə ki, Dağlıq Qarabağ məsələsi gündəmə gəlir onda ermənilər çalışırlar ki, Azərbaycanın daxilində müəyyən qarışıqlıq yaratsınlar. Bunu da öz daxilimizdəki qüvvələrin əli ilə edirlər. Əgər Siyavuş müəllim həssasdırsa, onda Aslan İsmayılov kimi daxildə aranı qatan insanların etdiyi işlərə nəzər salsın. Bunlar durub xaricdən maliyyələşən “Azadlıq Radiosu”na, “Amerikanın Səsi”ndə deyirlər ki, məmurlar ölkəni dağıdır və bu korrupsioner məmurlar istefa verməlidir. Olsun, məndə onu deyirəm. Amma bunlar üstəlik durub deyirlər ki, prezident işə gəlmir. Onların gözü bu qədər kordur, qulaqları bu qədər kardır ki, prezidentin hər gün neçə qəbul keçirdiyini, regionlara etdiyi səfərləri görmürlər? Mən Baş prokuror Zakir Qaralova müraciət edirəm ki, bu adamlar haqqında ölçü götürülməsi ilə bağlı təlimat versin.

Ölkə prezidentini, dövlətin atributunu təhqir edirlər, heç kim onlara cavab vermir, amma mitinqlər haqqında söz-söhbət olan kimi tez cavab verirlər. Çünki özlərini gözə soxmaq istəyirlər. Güya bunlar hakimiyyətin qoruyucalarıdırlar. Əslində əllərində olanları saxlamaq və xalqın malını daha çox talamaq üçün çalışırlar. Bildiyimiz kimi də Azərbaycanı istəməyən qüvvələr çoxdur və bu qüvvələr Azərbaycanda aranı qarışdırmaq üçün hazır vəziyyətdədirlər. Bu qüvvələrin əksəriyyəti də elə bizim içimizdədir. Çox təəssüf ki, “aslanlar”, “dovşanlar”, “tülkülər” erməni pulu ilə Azərbaycanda at oynadırlar. Onsuzda Azərbaycanda hakimiyyətin 50%-i ermənilərdən ibarətdir və başqa ermənilərin gətirilməsinə də ehtiyac yoxdur. Bu da qorxulu hadisədir. Əslində mitinq keçirənlərdən yox, bu hadisədən qorxmaq lazımdır.

Mən Siyavuş müəllimdən xahiş edirəm ki, hakimiyyət daxilində erməni əsili olan insanlara da münasibət bildirsin. Onlar çalışırlar ki, prezident haqqında pis rəy formalaşdırsınlar. Mən də buna qarşı dururam, amma məni müdafiə edən yoxdur. Bir dəfə Siyavuş müəllim mənim fikrimi dəstəklədi ki, hakimiyyətin daxilində müxalifəti dəstəkləyən qüvvələr var. Biz də müxalifətik, amma biz xalqımızın sözün deyən müxalifətik. Mən hakimiyyət daxilində olan rüşvətxorları heç vaxt müdafiə etməmişəm və etməyəcəm də. Prezidenti müdafiə edən bir şəxs kimi mən, ona xəyanət edənləri sübut etmək üçün bütün sənədləri toplayıram və hüquq mühafizə orqanlarına təqdim edəcəm.

Hafiz Hacıyev: “Onsuzda Azərbaycanda hakimiyyətin 50%-i ermənilərdən ibarətdir və başqa ermənilərin gətirilməsinə də ehtiyac yoxdur”.

Mən bildiyim qədər sosial sifarişi ölçən barometr yoxdur. Mən Siyavuş müəllimə deyirəm ki, mitinqlərin keçirilməsində sosial sifarişlər var. Çünki Heydər Əsədov, Ziya Məmmədov kimiləri hələ də daxilimizdədir. Gördüyümüz kimi Prezident Saatlıda keçirdiyi müşavirədə Heydər Əsədova söz vermədi. Həmçinin ölkəmizdə məmurların övladları at oyandırla, amma əhali özün asır öldürür, aclıq baş alıb gedir. Bunun hamısın Siyavuş müəllim bilmir? Bu hadisələrin qabağını almaq lazımdır. Mən bir daha xəbərdarlıq edirəm ki, prezidenti aldatmasınlar. Bu gün rayon icra hakmiyyətinin oğlu prokurorluqda işləyir və 10 dənə maşını var, həm də restoranlarda onu-bunu döyürlər. Belələrinin adını bilmirlərsə, mən deyim.

Mən obyektiv adamam. Siyavuş müəllim getsin hakimiyyət daxilində kök salmış, başları kiflənmiş məmurlar ilə mübarizə aparsın. Bu mövzunu qaldırsınlar və onlardan soruşsunlar ki, onlar niyə dövlətə qarşı çıxırlar? Məsələn Siyavuş müəllim desin görək, Səlim Müslümov beş mərtəbəli villasın 1700 manatla necə tikib? Yaxud da Heydər Əsədov yeznəsinə aldığı villaları hansı pulnan alıb? Mən deyim hansı pulnan alıb. Azərbaycanda Baytarlıq İdarəsi camaata eşşək əti satır, bunlar da onlara şərikdirlər və xalqa verilən subsidiyaların heç biri xalqa çatmır. Mənə gündə minlərlə adam müraciət edir ki, batırıq. Bunun hamısın da yuxarıda olan insanlar çox yaxşı bilirlər. Məsələnin kökündə də bu durur. Mənə televizorda çıxış etməyi qadağan ediblər, amma mən bütün bu məsələlərin hamısın mitinqdə deyəcəm”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26