Interposta.Info

.

Manşet / Paradoks
 9-01-2017, 09:49     1 563

.


Sabunçunun icra başçısı Adil Vəliyev bu rayonda növbəti narazılıq yaradıb. Bu barədə redaksiyamıza Sabunçu rayonu Pirşağı qəsəbəsindəki bağlar massivində mülkləri qanunsuz sökülən vətəndaşlar bildiriblər.

Vətəndaşların müraciəti əsasında əməkdaşımız Sabunçu rayon Pirşağı qəsəbəsi bağlar massivində söküntü ərazisində olub. Pirşağı qəsəbəsində bağ evi kimi nəzərdə tutulan həyətlərin sahibləri interposta.info-a danışarkən bunları bildiriblər ki, söküntü öncəsi onlara heç bir xəbərdarlıq edilməyib.


Onların sözlərinə görə, söküntüyə şəxsən Sabunçu rayon İcra Hakimiyətinin başçısı Adil Vəliyev rəhbərlik edib. Evləri və həyətlərinin hasarı sökülən şikayətçilər danışarkən bildirdilər ki, bu ərazidə torpağın sotunu 4000 manat ödəyərək bələdiyə sənədi ilə alıblar və sonradan aldıqları torpaqları daş hasara almaq üçün hər sotuna görə Sabunçu rayon İcra Hakimiyətinə 500 manat veriblər. İndi isə onların mülkləri sökülür. Buna etiraz edənlər bildirirlər ki, hal-hazırda söküntü üçün heç bir mülk sahibinə kompensasiya ödəmirlər və ödəmək də fikirləri yoxdur. Söküntü ərazisində olan icra başçısı Adil Vəliyevin işçiləri bildiriblər ki, söküntü ilə bağlı heç kimə kompensasiya ödənilməyəcək. Hətta həyətinin bir hissəsi sökülən sakinlərə göstəriş verilib ki, onsuz da, əmlaklarının küpçası yoxdur, gedin özünüz dağıdılmış hasarınızın qalan hissəsini yenidən tikin.

Onda belə bir sual yaranır ərazidə olan bu tikililərin tikilməsinə və hasarlanmasına kim və niyə qarşılıq icazə verib?

Sakinlər bu suala Sabunçunun icra başçısından cavab istəyirlər. Ümumiyyətlə qeyd edək ki, A.Vəliyev bu rayona icra başçısı təyin olunduqdan sonra Sabunçu ərazisində bu cür hallara demək olar ki, hər gün hər yerdə rast gəlinir.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

interposta.info

.
.
.
.
.
.
.
.
.
.
.
.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26