Interposta.Info

Şirvanda silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirildi (FOTOLAR)

Ölkə
 13-08-2019, 16:45     10 385

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları Şirvan şəhərində silahlı şəxslərə qarşı xüsusi əməliyyat həyata keçirib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən "İnterPosta.info"-ya verilən məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı bir neçə uğurlu əməliyyat tədbiri həyata keçirilib.

Belə ki, daxil olan məlumat əsasında Şirvan şəhər sakini Nadir Babayev saxlanılıb. Onun əlindəki idman çantasına baxış keçirilən zaman 1 ədəd "Kalaşnikov” tipli avtomat silah, daraq və 7 ədəd patron aşkar olunaraq götürülüb. Saxlanılan şəxs ifadəsində silah-sursatın ona məxsus olduğunu etiraf edib.

Baş İdarə əməkdaşlarının Şirvan şəhərində keçirdikləri növbəti əməliyyat tədbiri nəticəsində şəhər sakini Amid Abdullayev də saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd istifadəyə yararlı "Makarov” tipli tapança aşkar olunaraq götürülüb.

Qeyd edilən hər 2 faktla bağlı Baş İdarədə cinayət işləri başlanılıb.

Saxlanılan şəxslərin hər biri barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.

İnterPosta.info

Şirvanda silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirildi (FOTOLAR)
Şirvanda silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirildi (FOTOLAR)
Şirvanda silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirildi (FOTOLAR)
Şirvanda silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirildi (FOTOLAR)
Şirvanda silahlı şəxslərə qarşı xüsusi əməliyyat keçirildi (FOTOLAR)

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26