Interposta.Info

Keçmiş deputat 7 vətəndaşı mənzilindən çıxarır  

İqtisadiyyat / Manşet
 15-11-2022, 17:22     208

Tikinti şirkəti "Pilot-16” MMC 7 vətəndaşı məhkəməyə verib.

Qaynarinfo xəbər verir ki, şirkət məhkəmədən həmin şəxslərin mənzillərindən çıxarılmasını xahiş edir. İş hazırda apellyasiya mərhələsindədir.

"Pilot-6” MMC 18 iyul 2016-cı ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 manat olan şirkətin qanuni təmsilçisi Hüseynli Məhyəddin Qafar oğludur.

Bir neçə ay əvvəl "Pilot-16” MMC Azərbaycanda yaşayan və həkim kimi fəaliyyət göstərən Norveç vətəndaşı Parvaresh Assadollah Hossein oğlunun Bakıdakı obyektinı dağıtmaqla gündəmə gəlib. Parvaresh Assadollahın Nəsimi rayonunda yerləşən mülkiyyətinin ümumi sahəsi 370 kvadrat metr olub. O, həmin ünvanda Səhiyyə Nazirliyi tərəfindən verilmiş lisenziya əsasında "Dental House” klinikasını işlədib.

2021-ci ildə "Pilot-16” şirkətinin nümayəndələri qeyd edilən ünvana gedərək ona obyektin söküləcəyini deyiblər. Bu danışıqlarda Nəsimi Rayon İcra Hakimiyyətinin əməkdaşları da iştirak edib.

Parvaresh Assadollahın mediada dərc edilən müraciətində qeyd edilir ki, şirkətdən və İcra Hakimiyyətindən ona ərazinin söküləcəyini və yerində bina tikiləcəyi deyilsə də, kompensasiya barədə razılaşma olmayıb: "14 may 2021-ci il tarixdə, saat 19:00 radələrində 10-dan çox polis əməkdaşı və 20-yə yaxın fəhlə obyektimə gələrək qanunsuz şəkildə mülkiyyətimə daxil oldular. Fəhlələr obyektimin divarını, şüşələrini sökməyə başladılar. Mən etiraz etdikdə polisə aparıldım. Bir neçə saat sonra sərbəst buraxılanda mülkiyyətim yerlə-yeksan edilmişdi. Gördüm ki, "Pilot-16”nın rəhbərliyi öz əməllərinin ifşa olunmaması üçün tikilidə yerləşən bütün kameraları sındırıb, otağımdakı DVR video qeydiyyat yaddaş cihazının kabellərini kəsərək oğurlayıb. Mənə məxsus avadanlıqlar, implant diş üçün lazım olan bahalı materiallar yararsız hala salınıb”.

Onun sözlərinə görə, obyektdən həmçinin 50000 ABŞ dolları məbləğində pul oğurlanıb.

Mediada gedən məlumatlara görə, "Pilot-16” MMC-nin əsl sahibi keçmiş deputat Əsabil Qasımovdur. Bu məlumat keçmiş deputat tərəfindən təkzib olunmayıb

İnrPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26