Interposta.Info

UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

İdman
 6-05-2026, 10:00     133


UEFA Çempionlar Liqasında ikinci finalçı müəyyənləşəcək.

Yarımfinal mərhələsinin ikinci cavab oyununda "Bavariya" Almaniyada Fransanın PSJ komandasını qəbul edəcək.

Qarşılaşma "Allianz Arena"da, Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Oyunun baş hakimi portuqaliyalı Joau Pineyru olacaq.

Parisdəki ilk görüşdə meydan sahibləri qələbə qazanıb - 5:4.

Xatırladaq ki, cütün qalibi finalda İngiltərənin "Arsenal" klubu ilə üz-üzə gələcək. London klubu doğma meydanda İspaniyanın "Atletiko" kollektivini 1:0 hesabı (ilk oyun - 1:1) ilə üstələyib./report

Goldmedia.az

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26