Interposta.Info

“Ronaldo ilə dost olacağıma inanmıram” –

İdman
 27-11-2017, 13:49     10 583

“Barselona”nın hücumçusu Lionel Messi “Real”ın futbolçusu Kriştino Ronaldonun gələcəkdə dost ola biləcəkləri barədə söylədiyi fikirlərə münasibət bildirib.

Qol.az-ın xəbərinə görə, “Marca” nəşrinə verdiyi geniş müsahibədə argentinalı ulduz jurnalistin bununla bağlı sualını da cavablandırıb.

O qeyd edib ki, Ronaldo ilə dost olacağını düşünmür: “İnanmıram ki, bu baş versin. Dostluq birgə vaxt keçirməklə və bir-birini yaxından tanıyandan sonra yaranır. Bizim isə heç bir münasibətimiz yoxdur. Meydandan kənarda yalnız tədbirlərdə görüşürük və orda söhbət edirik. Bizim münasibətlərimiz qaydasındadır. Amma həyatda yolumuz kəsişməyib”.

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26