Interposta.Info

Günün fotosu -

Ölkə
 13-05-2017, 22:30     688

Bu oğlan karate ustası Rəfael Ağayevdir.

O, bu gün axşam saatlarında növbəti dəfə qızıl medal qazanıb, fəxri kürsünün ən yüksək pilləsində dayanıb, bayrağımızı qaldırıb, arenada onun şərəfinə himnimizi səsləndirirlər və özü də uca səslə himnioxuyur, deyir, namusunu hifz etməyə, bayrağını yüksəltməyə cümlə gənclər müştaqdır.
Bir az öncə o,məhz bunu edib, ölkəmizin idman şərəfini qoruyub, bayrağımızı da yüksəkliyə qaldırıb.
Rəfael Ağayevi bu ölkədə hamı çox istəyir. Yəqin ki, qazandığı qələbələrə görədir. O, az-az idmançılarımızdandır ki, zəfərlərini ardıcıl qazanır, "bir atımlıq barıtı"olanlardan deyil.
Rəfael tataminin Məhəmməd Əlisidir, futbolda Messi kimdirsə, karatedə Rəfail odur.
İlyarm öncə Stokholmda bir idman zalında tanış olduğum İsveçin karate yığmasının sabiq baş məşqçisi Reza adlı karate ustası Rəfaildən danışarkən dili ağzına sığmırdı, deyirdi, karatedə Rəfail kimisi yoxdur.
Onu karatenin incisi adlandıranlar da haqlıdır. Gerçəkdən Rəfailin döyüşləri özlüyündə bir mono-tamaşadır, incəsənət əsəridir./musavat.com
Bizə belə idmançılar lazımdır - ürəkdən tikan çıxardan idmançılar. Halal olsun!

interposta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26