Interposta.Info

Türkiyədə zəlzələdə qurbanlarının sayı açıqlandı

Dünya / Manşet
 21-02-2023, 23:55     331

Türkiyədə zəlzələdə ölənlərin sayı 42 310 nəfərə çatıb.

"İnterPosta" xəbər verir ki, bu barədə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Zəlzələ bölgəsindən indiyədək 448 018 Türkiyə vətəndaşı təxliyə olunub. Təbii fəlakət nəticəsində 100 mindən çox insan xəsarət alıb.

Qeyd edək ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonunda olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Güclü yeraltı təkanlardan sonra bölgədə 6,6 maqnitudayadək 7 mindən çox afterşok qeydə alınıb. İki zəlzələ həmçinin Livan, Kipr, İraq, İsrail, İordaniya, İran və Misirdə hiss edilib.

Bu hadisə Türkiyədə 1939-cu ildən bəri qeydə alınan ən güclü zəlzələ kimi tarixə düşüb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26