Interposta.Info

Azərbaycan Ermənistana silah-sursat verilməsinin qarşısını alır - Paşinyan

Dünya / Manşet
 29-09-2022, 15:36     587

Ermənistan hökuməti Silahlı Qüvvələrdə genişmiqyaslı islahatlar prosesinə başlayıb. Azərbaycan təxribatlarla Ermənistanın bu islahatları həyata keçirmək imkanına malik olmamasına çalışır.

Bunu Ermənistan hökumətinin sentyabrın 29-da keçirilən iclasında Baş nazir Nikol Paşinyan deyib.

"Siz onu da bilirsiniz ki, bütün o ərazilərdə, mümkün olan bütün hallarda, təəssüf ki, müttəfiqlərimizlə münasibətlərdə də müəyyən uğurlar əldə edirlər və Ermənistana silah-sursat verilməsinin qarşısını almağa çalışırlar. Bizdə elə hallar var ki, 100 milyon dollar ödənilib, lakin Ermənistan Respublikası ilə bağlı çatdırılma öhdəlikləri, o cümlədən müttəfiq dövlətlər tərəfindən yerinə yetirilmir. Bu, təbii ki, acı bir reallıqdır.

Bu vəziyyəti dərindən təhlil etməliyik. Amma hər halda vurğulamaq istəyirəm ki, biz dərindən dərk etməliyik ki, bütün bunlar uzunmüddətli və ya uzunmüddətli olmayan məqsədlə baş verir ki, biz dövlətçiliyimizdən, suverenliyimizdən əl çəkək, ərazimizlə bağlı güzəştlərə gedək. Lakin biz bütün ehtimallara baxmayaraq, müstəqilliyimizi, suverenliyimizi, ərazi bütövlüyümüzü müdafiə etmək əzmindəyik. Ermənistanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda ayağa qalxan bütün qəhrəmanlara eşq olsun!” - deyə Paşinyan bildirib./qaynarinfo

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26