Interposta.Info

20 yanvarın əsas təşkilatçısı - Qorbaçov öldü

Dünya / Manşet
 31-08-2022, 09:49     413

Dünən gecə saatlarında SSRİ-nin birinci prezidenti Mixail Qorbaçov 92 yaşında vəfat edib.

"İnterPosta" Qaynarinfo-ya istinadən xəbər verir ki, bu barədə TASS çərşənbə axşamı Mərkəzi Klinik Xəstəxanaya istinadən məlumat yayıb.

"Mixail Sergeyeviç Qorbaçov ağır və uzun sürən xəstəlikdən sonra bu gün axşam saatlarında vəfat edib", - Mərkəzi Klinik Xəstəxanadan bildirilib.

Mixail Qorbaçov 1931-ci il martın 2-də anadan olub. M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin hüquq fakültəsini (1955) və 1967-ci ildə Stavropol Kənd Təsərrüfatı İnstitutunun (indiki Stavropol Dövlət Aqrar Universiteti) qiyabi şöbəsini bitirmişdir. 1952-ci ildə Sov.İKP sıralarına daxil olub, 1971-ci ildən MK-nın üzvü olub. Sov.İKP MK-nın sonuncu baş katibi bu vəzifəyə 1985-ci ildə Konstantin Çernenkonun ölümündən sonra seçilib. Aşkarlıq və yenidənqurmanın əsas ideoloqu olub. Sovet İttifaqının ilk və sonuncu prezidenti - 1990-cı ilin martında seçilib, 1991-ci il dekabrın 25-də istefa verib. 1990-cı ildə Nobel Sülh Mükafatı laureatıdır. SSRİ-nin prezidentliyindən getdikdən sonra ictimai və ədəbi fəaliyyətlə məşğul olub.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26