ABŞ sağçıları birdən-birə

Kirçik respublikaçıları ikiüzlülükdə günahlandırır
Keçmiş dövrlərdə Rusiyanın Amerikadakı ən qatı düşmənləri respublikaçılar hesab edilirdi. Lakin indi Trampın nümunəsində bir çox sağçı siyasətçi ideoloji ekvilbristikanın (tarazlığı saxlama qabiliyyəti-red.) əsl möcüzəsini nümayiş etdirirlər.
Bununla bağlı Almaniyanın Frankfurter Allgemeine Zeitung qəzetində publisist Ceyms Kirçikin maraqlı təsbitləri var.
“Uzun illər boyunca antikommunist, mühafizəkar dünyagörüşlü insanlar Respublikaçılar partiyasının qanadı altında toplanmışdı. Bütün bu adamlar ateist bolşeviklərə nifrət edirdilər. Lakin indiki Rusiya daha marksizmi təbliğ etməsə də ABŞ üçün təhlükə yaratmaqda davam edir. Ən azı onun Ukrayna və Suriyada törətdiklərinə baxmaq kifayətdir.
Buna rəğmən Trampın simasında respublikaçılar sayəsində 1948-ci ildə kommunistlər tərəfindən irəli sürülən Henri Uollesdən bu yana Amerika ən Rusiyapərəst prezident qazanıb”, - məqalədə qeyd olunur.
“Trampın seçkiqabağı çıxışları Moskvanın bütün istəklərini qarşılayır. O Putini tərifləməkdən yorulmur, NATO-ya qarşı çıxış edir, Kremli haker hücumları nəticəsində əldə etdiyi sənədləri dərc etməyə çağırıb, Krımın beynəlxalq hüquq normalarına zidd işğalına haqq qazandırıb, Moskvanın prezident seçkilərinə müdaxiləsini inkar etməkdə davam edir”, -jurnalist yazıb.
Ceyms Kirçik
Trampın qələbəsindən sonra bir çox respublikaçı da bu dəbə uyub.
Kirçikin yazdığına görə, bunu respublikaçılar arasında keçirilən son rəy sorğuları da təsdiq edir: “Əgər 2014-cü ildə sağçı düşərgənin yalnız 10 faizi Rusiya haqqında müsbət rəyə malik olubsa, 2016-cl ildə bu rəqəm 37%-ə qədər qalxıb. Chicago Council on Global Affairs-in keçirdiyi son sorğuya görə isə, respublikaçıların 51%-i Rusiyanın seçki prosesinə qarışmasının araşdırılmasına qarşı olduğunu bildirib”, - məqalədə vurğulanır.
Jurnalist Rusiyapərəst respublikaçıları iki hissəyə ayırıb: Birinci qrupa yalnız hakimiyyəti düşünən və bundan ötrü hər prinsipindən vaz keçməyə hazır opportunistlər, ikinci qrupa isə Rusiyanın simasında islamçı ekstremistlərlə potensial müttəfiq görən ideoloqlar daxildir.
Müəllif opportunustlərin ən parlaq nümayəndəsi kimi Nümayəndələr palatasının keçmiş spikeri Nyut Qinqriçi görür.
Nyut Qinqriç
“Əgər Qinqriç 2014-cü ildə NATO-nun şərqə doğru genişlənməsini alqışlayırdısa 2016-da bu fikirlərini tam tərsinə çevirib. O, hətta Estoniya kimi balaca dövlətdən ötrü nüvə müharibəsinə getməyin mənasız olduğunu söyləyib”, - Kirçik yazır.
“Vaxtilə Culian Assanjın ABŞ-ın xarici siyasətini ifşa edən sənədləri yaymasına görə vətən xaini elan edənlər indi onu Klintonun məktublarını yaydığına görə göylərə qaldırırlar.
2010-cu ildə İraq müharibəsi ilə bağlı gizli hərbi sənədləri yayımlayan Culian Assanca ölüm hökmü tələb edən Donald Tramp bu gün onunla birlikdə ABŞ-ın xüsusi xidmət orqanlarına qarşı çiyin-çiyinə vuruşur.
Assancın WikiLeaks-nin 2008-ci ildə şəxsi məktublarını yaydığı vitse-prezidentliyə keçmiş namizəd Sara Peylin keçən həftə ondan, vaxtilə haqqında söylədiklərinə görə üzr istəyib. Arizonadan olan konqresmen Terent Frenks isə rus hakerlərinin KİV-in üzərinə düşən öhdəliyi icra etdiyini bəyan edib”, - Kirçik heyrətini gizlədə bilmir.
Sara Peylin və Culian Assanc
Müəllif Rusiyanın guya dini terrorçularla mübarizədə müttəfiq ola biləcəyini düşünən respublikaçıları sərt tənqid atəşinə tutb. Onun fikrincə, Rusiya heç də bu mübarizədə potensial partnyor olmayıb, sadəcə radikalların öz mövqelərini möhkəmləndirmələrinə yardım edir.
Kirçik ideoloji U dönüşünə ən ideal nümunə kimi ABŞ konqresmeni Dana Rorabakerin adını çəkir.
Dana Rorabaker
“Bu adam 80-ci illərdə Rusyaya qarşı əfqan mücahidlərini müdafiə edən Ronald Reyqanın nitqlərini yazırdı. İndi isə o, Rusiya hakerlərinin hücumlarını az qala öyməklə məşğuldur və Konqresdə Putinin ən qızğın tərəfdarlarından biri kimi tanınır.
Keçən il isə Donald Trampın gələcək müşaviri Maykl Flinnin beynəlxalq siyasətlə bağlı kitabı dərc edilib. Həmin kitabda Flinn Rusiyanı məkrli düşüncələrlə hərəkət edən dövlətlərin beynəlxalq alyansını formalaşdıran ölkələrdən biri hesab edirdi. İndi isə o, Kremlin təbliğat maşını Russia Today kanalı tərəfindən təşkil olunan ziyafətlərdə Putinlə yanaşı oturur.
Maykl Flinn (Putindən solda)
Flinn hesab edir ki, indi dünyada Şərqlə Qərbin deyil, Şimalla Cənubun qarşıdurması gedir”, - Kirçik qeyd edir.
Müəllifin fikrincə, hazırda Trampın Rusiyaya dost mövqeyinə qarşı çıxan, Moskvanı Amerikanın geopolitik düşməni saymaqda davam edən az sayda respublikaçı senator qalıb. Kirçik onların arasında senatorlar Con Makkeynin və Lindsi Qremin, habelə prezidentliyə keçmiş namizəd Mitt Rominin adını çəkir. Lakin yazı müəllifi həmin siyasətçilərin partiya rəhbərliyinin təzyiqi altında olduğunu da qeyd edib.
interposta.info
Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz. E-mail: [email protected] Telefon: (+994) 55 740 69 26