Interposta.Info

Güclü külək əsəcək, dolu düşəcək (XƏBƏRDARLIQ)

 

---
 20-04-2021, 15:06     288

Milli Hidrometeorologiya Xidməti hava şəraiti ilə bağlı xəbərdarlıq yayıb.

"İnterPosta" xəbər verir ki, Bakıda və Abşeron yarımadasında aprelin 21-i gündüzdən 23-ü gündüzədək şimal-qərb küləyi əsəcək, 15-20 m/s, arabir 23-28 m/s-dək güclənəcək.

Azərbaycanın bəzi şimal və qərb rayonlarında aprelin 21-dən 23-ü axşamadək şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26