Interposta.Info

“Azərbaycanda yoluxma sayında sabitləşmə müşahidə edirik” - ÜST rəsmisi

---
 6-10-2020, 08:03     470

“Azərbaycanda yoluxma sayında sabitləşmə müşahidə
Azərbaycanda mövcud olan münaqişəli vəziyyət COVID-19-un yayılmasının qarşısını almaq üçün bəzi çətinliklər yaradır.

"İnterPosta" xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının Azərbaycandakı nümayəndəsi Hande Harmancı bildirib.

O, mövcud vəziyyətlə bağlı tövsiyələrini verib: "Fürsətdən istifadə edərək bildirirəm ki, münaqişə və pandemiya nəticəsində zərər çəkmiş insanların ağrı-acısını bölüşürəm və onlara səbir diləyirəm.

Bu vəziyyətdə özümüzü qorumaq üçün nə edə bilərik? Bu günlərdə bir çox insan qrup halında küçələrə toplaşır və bu, COVID-19-un yayılması üçün risk yaradır.

Mövcud şəraitdə ən azı 1 metr fiziki məsafə saxlamalı və ya maska taxmalıyıq. Əllərimizi tez-tez yumalı, asqıranda və öskürəndə ağzımızı dirsək büküyümüzlə və ya salfetlə bağlamalıyıq.

Aydındır ki, bir yerə toplaşarkən bu qaydalara riayət etmək asan deyil. Lakin bu sadə tədbirlər yoluxmanın qarşısını ala bilər.

Son iki ay ərzində Azərbaycanda COVID-19-a yoluxma hallarının sayında sabitləşmə müşahidə edirik. Bu yaxşı bir göstəricidir və bu qazancdan faydalanaraq daha da irəliləyişlər əldə etmək lazımdır.

Gəlin birlikdə mübarizə aparaq. Özümüzün və sevdiklərimizin sağlamlığı bizdən asılıdır".

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26