Interposta.Info

Asif Ata ocağının evladı

Müxtəlif
 11-02-2019, 09:43     10 498

Asif Ata Ocağının Evladı, yazar Eluca Atalının Stokholmdakı Karsby beynəlxalq məktəbində 12 yaşlı oxucularla görüşü keçirilmişdi.
Görüşdə yurddaşımız doğulub böyüdüyü Azərbaycanda keçən uşaqlığından, qonağı olduğu auditoriya dinləyiciləri yaşda yaradıcılığa neçə başladığı və ilk oxucularının onu necə qarşılaması haqda məlumat verərək, bu gün yaradıcılığının ana xəttini təşkil edən Qarabağ və Xocalı həqiqətlərini uşaqlara çatdırmışdır.
Kaliforniyanın "Yasmia" nəşriyyatında çap olunmuş "Yad dildə azadlıq nəğməsi" və "Heykəllər niyə danışmırlar?" ingilis dilli kitablarının təqdimat mərasimini də balaca oxucuları ilə keçirmişdir.
Görüşün təşkilatçısı ingilis ədəbiyyatı mütəxəsisi Mathudia Seevathas nədən həmyerlimizlə görüş keçirmək qərarına gəldiyini iştirakçılara açıqlayaraq bildirmişdir ki: "Yeni il tətilində Misirə səfər edərkən özümlə Elucanın kitablarını götürdüm, xüsusən, Ay ana, yel vurub sındırdı sünbülümüzü" hekayəsi uzun müddət məni öz təsirində saxladı. Istədim ki, düşüncəsi ilə doğmalaşdığım bu insanı siz də tanıyasınız ".
Qeyd edək ki, bu layihə ilə yazarımızın silsilə görüşləri İsveç məktəblərində davam etməkdədir.

İnterPosta.info

Asif Ata ocağının evladı
Asif Ata ocağının evladı

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26