Interposta.Info

Eluca Atalı Vətənə öz hədiyyəsini gətirdi

Müxtəlif
 7-02-2019, 22:49     10 695

Asif Ata Ocağının Evladı, yazar Eluca Atalı 18-22 yanavar Türkiyə və 23-26 yanvar tarixində Bakıda olaraq bir neçə uğurlu görüşə imza atmışdır.
O, Türkiyənin Metrolojinin səsi radiosunun əməkdaşı Zeynəb Kökşərin dəvəti ilə radioda qonaq olaraq radio kollektivi ilə xüsusi görüş keçirmiş, "Gəlin tanış olaq" proqramında 45 dəqiqə ərzində Azərbaycan-Türkiyə dostluğunun tarixi xətləri, yaradıcılığında xüsusi yer alan Azərbaycanımız-Azərbaycanlığımız, itirilimiş yurd yerlərimiz, Qarabağ və Xocalı mövzusunda şərh vermişdir. TRT radiosunun əməkdaşı Sevda Mirzənin yurddaşımızla olan 15 dəqiqəlik müsahibəsi əvvəlki söhbətdən fərqli aspektədə qurulmuşdur. Çünki TRT radiosuna dəfələrlə müxtəlif mövzularda müsahibə verən Eluca Atalının bu dəfəki söhbəti konkret olaraq son iki ildə 2017-2019-cu ilə qədər olan yaradıcılıq uğurlarına və iki il ərzində yazdığı ideyalardan söhbət getmişdir. "Bütün bu uğurlar içində sizi ən çox sevindirən nə olub?" - sualına, yazarın cavabı "Karakalpak Respublikasında olan universitetdə kitabımın karakalpak türkcəsinə çevrilib çapa hazırlanması məndən ötrü gözlənilməz idi. Özüm gedə bilmədyim yerlərə düşüncələrimin getməsi mənə yaratmaqdan ötrü qüvvə verir." Yurddaşımızın daha bir uğuru Ankaradakı Atayurd yayınevi ilə imzaladığı müqavilə ilə bağlı olub. Yazarın "Atanurun sərgüzəştləri" seriyasından çap üçün nəzərdə tutduğu 12 uşaq kitabının artıq ikisi "Ay mənimlə yatmadı" və "Çiçəkləyən şərf" çapa hazırlanıb.

Yazarımız Azərbaycan oxucuları ilə görüşə 1914-18-ci illər erməni-daşnak qruplaşmaları tərəfindən ölkəmiz üzərinə olan hərtərəfli yürüş, Qarabağın işğal cəhdi və Sultan bəyin tarixi Zabux dərəsindəki qələbəsinə həsr olunmuş "Nalşəkilli mühasirə" yeni kitabı ilə gəlmişdir. Müəllif bu kitabla ilk görüşünü Bakıdakı Aşihara Kaykan Karate Federasiyasında 7-dən 77-yə qədər yaşlı oxucularla Vətənpərvərlik mövzusunda keçirtmişdir. Görüşün sonunda balaca oxucular arasından " Elə bir arzunuz var ki, onu gerçəkləşdirə bilmirsiniz" sualına, xanım yazar: "Tezliklə Xocalıda kitab təqdimatı keçirmək istəyirəm!" verdiyi cavabı alqışla qarşılanmışdır. Milli Hüquq Evinin rəhbəri Nicat Gözəlovun təşkilatçılığı ilə keçirilən görüş yazarın ümüm yaradıcılığını əhatə etmiş, hüquqşünas və media iştirakçılarının hərtərəfli suallarını cavablandırmışdır.

25 yanvarda isə Bakıdakı Atatürk Mədəniyyət Mərkəzində kitabın geniş təqdimatı mətbuat və ictimaiyyət nümayəndələri ilə keçirilmişdir. Kitabın redaktoru və "Təkrarlanan tariximizə dəyişməyən yanaşmamız" adlı ön sözün müəllifi Qarabağ savaşında ön cəbhə jurnalisti Əntiqə Qonaq tədbiri açaraq, Sultan bəyin nalşəkilli hərbi əməliyyatı ilə Qarabağın işğalının 70 il dala düşdüyünü ustalıqla şərh etmişdi. Əsərin məsləhətçilərindən biri Qarabağ savaşının iştirakçısı Elli Atayurd erməni xisləti, xəyanəti və mənfəətpərəstiliyinin bu kitabda ustalıqla bədii formada yazıldığını faktlarla izah etdi.

Azərbaycan Diaspora Komitəsinin Mətbuat Xidmətinin rəhbəri Vəsilə Vahidqızı görüş iştirakçıları arasında olmuş və çıxış edərək "Eluca Atalı Azərbaycanlı serfikatını daim özü ilə gəzdirən bir vətənsevərdir!" kimi dəyərləndirmişdir.

İnterPosta.info

Eluca Atalı Vətənə öz hədiyyəsini gətirdi
Eluca Atalı Vətənə öz hədiyyəsini gətirdiEluca Atalı Vətənə öz hədiyyəsini gətirdi
Eluca Atalı Vətənə öz hədiyyəsini gətirdi

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26