Interposta.Info

Fransa kəşfiyyatından Bakı Təşəbbüs Qrupu ilə bağlı etraf: "Müstəqillik hərəkatlarını gücləndirir"

Siyasət / Manşet
 25-12-2024, 09:54     20 784

Fransa Daxili İşlər Nazirliyinin Ərazi Kəşfiyyatı üzrə Milli İdarəsinin rəisi Bertrand Çamoulaud Fransanın Afrikadakı mövcudluğundan danışarkən Bakı Təşəbbüs Qrupunun adını çəkib.

Dənizaşırı ərazilərdə kolonializmə qarşı cərəyan güclənir: "Onların təsiri bu tip müstəqillik hərəkatlarını dəstəkləyən və onlara tribuna verən Bakı Təşəbbüs Qrupu kimi xarici aktorlar tərəfindən gücləndirilib".

Ərazi Kəşfiyyatı üzrə Milli İdarənin dənizaşırı ərazilərdəki hərəkatlara təsir gücünün zəif olduğunu etiraf edən B.Çamoulaud bildirib ki, informasiya müharibəsi şəraitində Kemi Seba kimi şəxslər "fransız diplomatiyasına zərbə vurur".

Xatırladaq ki, Kemi Seba bu ilin oktyabrında Bakıda keçirilən "Afrikada Fransanın neokolonializm siyasətinə" həsr edilmiş beynəlxalq konfransda çıxışı zamanı Azərbaycanın kolonizasiyaya qarşı ən ciddi mübarizə aparanlar sırasında olduğunu bildirmişdi. Azərbaycandan qayıtdıqdan sonra Fransa xüsusi xidmət orqanları onu saxlasa da, tezliklə sərbəst buraxmağa məcbur olmuşdu.

İnterPosta.info xəbər verir ki, "Report" "Le Monde" qəzetinə istinadən məlumat yayıb.

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26