Interposta.Info

Həbs edilən xunta rəhbərlərini hansı cəza gözləyir?

Siyasət / Manşet
 4-10-2023, 17:37     273

"Erməni terrorçu liderləri ömürlük həbsə layiqdirlər”.

"İnterPosta" xəbər verir ki, bunu Qaynarinfo-ya açıqlamasında hüquqşünas Qulamhüseyn Əlibəyli Qarabağdakı terrorçu xuntaya başılıq etmiş cinayətkarların həbsindən sonra onları hansı cəzaların gözlədiyi barədə suala cavabında deyib.

Qulamhüseyn Əlibəyli qeyd edib ki, erməni terrorçu liderləri müharibə əleyhinə cinayətlərdə, sülhə, bəşəriyyətə və insanlıq əleyhinə cinayətlərdə ittiham olunurlar:

"Bu ittihamlara görə də həmin cinayətkarlar Azərbaycanda ən yüksək cəza növü olan ömürlük, yaxud da müəyyən müddətə azadlıqdan məhrum edilə bilərlər. Ölkəmizdə ölüm cəzası çoxdan ləğv olunub. Cinayət Məcəlləsində belə cəza növü artıq yoxdur. Hansı cəzanın təyin ediləcəyini qabaqcadan demək çətindir, məhkəmə müəyyənləşdirəcək. Amma hesab edirəm ki, həmin erməni cinayətkarları törətdikləri insanlığa zidd əməllərinə görə, ömürlük cəzaya layiqdirlər”.

Hüquqşünas erməni cəlladları üzərində prosesin açıq keçirilməsinin tərəfdarıdır:

"Proses təbii ki, açıq keçirilməlidir. Açıq keçirilməlidir ki, onların törətdikləri cinayətlər hamıya məlum olsun. Xüsusən də onları müdafiə edən xarici ölkələrin nümayəndələrinin məhkəmədə iştirakına şərait yaradılmalıdır ki, həmin erməni cəlladlarının hansı cinayətlər törətdiklərini gözlərilə görüb, qulaqları ilə eşitsinlər”.

Həmsöhbətimiz bildirir ki, bu cinayətkarların amnistiyaya düşməsi mümkünsüzdür:

"Prinsip etibarı ilə Azərbaycan dövlət başçısı Konstitusiyaya uyğun olaraq məhkəmələr tərəfindən mühakimə olunmuş və cəza növündən asılı olmayaraq istənilən şəxsi əfv edə bilər. Amma bu cür cinayətlər amnistiyaya düşməməlidir. Güman etmirəm ki, indiki dövlət başçısı, yaxud da gələcəkdə hakimiyyət dəyişikliyi baş verərsə, yeni gələn rəhbər Azərbaycan xalqının qanına əli batmış bu şəxsləri əfv etsin".

Qeyd edək ki, Qarabağdakı terrorçu xuntanın keçmiş və indiki liderləri olan şəxslər artıq Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar. Ruben Vardanyan, Araik Arutyunyan, David İşxanyan, Arkadi Qukasyan, Bako Saakyan və digərləri artıq həbsdədir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26