Interposta.Info

Aydın Hüseynov: Makron şəxsi maraqları üçün demokratik dəyərləri tapdalayır

Siyasət / Manşet
 1-07-2023, 19:46     365

Fransada AzTV əməkdaşlarının hücuma məruz qalması Azərbaycanlı jurnalistlərə qarşı düşünülmüş və məqsədyönlü cinayət hadisəsidir. Bu hadisə eyni zamanda beynəlxalq media qanunlarına təhdiddir. Ən azı ona görə ki, bu Azərbaycanın media təmsilçilərinə qarşı Avropada törədilən birinci zorakılıq hadisəsi deyil. Davamlı olaraq Azərbaycana qarşı insan haqları, söz və mətbuat azadlığı pərdəsi arxasında siyasi təzyiqlər etməyə çalışan Fransa tərəfi törədilmiş beynəlxalq səviyyəli qanun pozuntusuna görə, dərhal rəsmi qaydada üzr istəməli və günahkarlar tapılmalıdır. Yalnız siyasi etiraf və günahkarların tapılması istiqamətində real addımlar əsasında baş verənlərə qarşı səmimi münasibət görə bilərik.

Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov bildirib.


Sözügedən hücum nəticəsində müxbir və operator bədən xəsarətləri almalarını, çəkiliş kamerası isə əllərindən alınaraq sındırıldığını, əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələnməsini jurnalistlərin azad fəaliyyəti ilə bağlı beynəlxalq öhdəliklərin pozulması kimi dəyərləndirən millət vəkili deyib ki, Emmanuel Makronın rəhbərlik etdiyi Fransanın mövcud siyasəti, eləcə də ölkədə baş verən və məqsədli şəkildə törədilən digər xoşagəlməz hadisələr ümumilikdə Avropadakı dəyərlərə, insan haqlarının qorunması istiqamətindəki öhdəlik və tələblərə təhqir və təhdiddir.

Fransanın Nanter şəhərində Əlcəzair əsilli Nael adlı 17 yaşlı yeniyetmənin polis tərəfindən qətlə yetirilməsini insanlıq əleyhinə cinayət kimi dəyərləndirən azərbaycanlı deputat deyib ki, Emmanuel Makron, onun dövləti və ölkəsi Əlcəzairdə törədilən soyqırımı aktlarına görə, həm tarix, həm də Əlcəzair qarşısında gözükölgəlidir. Bu soyqırımın qarşısında üz istəmək, cinayətləri səmimi etiraf edib təzminat ödənilmək əvəzinə əlcəzairlilərə qarşı cinayətkar davranışı davam etdirmək qəti şəkildə yolverilməzdir.

Deputatı Aydın Hüseynov deyib: Fransa Prezidenti Emmanuel Makron qul və quldarlıq psixologiyası ilə ölkəsini və xalqını fəlakətə doğru sürükləyir. O, şəxsi maraqları üçün demokratik dəyərləri ardıcıl şəkildə tapdalayır.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26