Interposta.Info

İlham Əliyev: “Dinlərarası harmoniyanın qorunması dövlət siyasətinin başlıca istiqamətlərindən biridir”

Siyasət / Manşet
 14-04-2023, 14:13     322

“Yüz illər boyu burada məskunlaşıb yaşayan hər kəs üçün doğma Vətən olan Azərbaycanda bu gün də müxtəlif etnik qrupların və etiqadların nümayəndələri sülh, əmin-amanlıq, qarşılıqlı hörmət və etimad şəraitində yaşayırlar”.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Prezident İlham Əliyevin Pasxa bayramı münasibətilə Azərbaycanın pravoslav xristian icmasına təbrikində yer alıb.
Azərbaycan Prezidenti vurğulayıb ki, ölkəmizdə xalqlararası dostluğun və dinlərarası harmoniyanın qorunması, yüksək birgəyaşayış mədəniyyətinin və demokratik ictimai-mənəvi dəyərlərin təşviqi, qlobal miqyasda sivilizasiyalararası dialoqun təbliği mütərəqqi milli-tarixi ənənəyə əsaslanan dövlət siyasətimizin başlıca istiqamətlərindən biridir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26