Interposta.Info

Vladimir Putin İlham Əliyevə zəng edib

Siyasət / Manşet
 12-12-2022, 16:53     248

Rusiya Federasiyasının Prezidenti Vladimir Putin dekabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

"İnterPosta" xəbər verir ki, bununla bağlı Azərbaycan Prezidentinin Mətbuat Xidmətinin məlumat yayıb.

Telefon söhbəti zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 2020-ci il 10 noyabr, 2021-ci il 11 yanvar və 26 noyabr, həmçinin bu il 31 oktyabr tarixli razılaşmalarının reallaşdırılmasının bəzi praktiki aspektləri, o cümlədən Cənubi Qafqazda iqtisadi və logistik əlaqələrin bərpası planları müzakirə edilib.

Dövlət başçıları gələcək təmaslar barədə də fikir mübadiləsi aparıblar.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26