Interposta.Info

Azərbaycanda hansı teleaparıcını Adnan Oktarın aqibəti gözləyir? - VİDEOLAR

Paradoks / Maqazin
 10-02-2018, 12:47     10 749

Bir neçə gün öncə Türkiyədə veriliş aparan Adnan Oktarı “kedicikləri” ilə birlikdə efirdən uzaqlaşdırdılar. Hətta verilişi yayımlayan telekanal belə bağlanıldı. Buna səbəb kimi Harun Yahya, Adnan Oktar və s. adlarla tanınan “ilahiyyatçı”nın din adı altında əxlaqsızlığı təbliğ etməsi göstərildi. Bu hadisədən sonra ölkəmizdə fəaliyyət göstərən bəzi telekanallar, teleproqramlar, teleaparıcılar barəsində cəmiyyət tərəfindən müxtəlif fikirlər səsləndirildi.

Sosial şəbəkələrdə bu mövzunu müzakirə edən istifadəçilər Azərbaycan efir məkanında da əxlaqsızlığı təbliğ edən verilişlərin, aparıcıların olduğunu iddia etdilər. Həmçinin aidiyyatı qurumların həmin telekanallar, teleaparıcılar barəsində ciddi tədbir görməsini təklif etdilər. Maraqlıdır, ölkəmizdə həqiqətən də əxlaqsızlığı təbliğ edən aparıcılar var?


interposta.info xəbər verir ki, Moderator.az-ın mövzu ilə bağlı sualına İmam Hüseyn məscidinin axundu, “Tövbə” Cəmiyyətinin sədri Hacı Əbdül aydınlıq gətirib. Hacı Əbdül televizya kanallarımızı lazımsız verilişlər yayımladıqlarına görə qınayıb:

“Azərbaycanda elə bir telekanal yoxdur ki, orda əxlaqsız verilişlər olmasın. Elə bir kanal yoxdur ki, orda normal ciddi xəbərlərə baxa biləsən. Görürlər ki, hansı işdən pul var, onu yayımlayırlar”.

Hacı Əbdül telekanallarımızın hazırkı durumunu Sovet vaxtı ilə müqayisə də edib:

Sovet vaxtı bununla bağlı yoxlama var idi, bunların hamısına nəzarət olunurdu. İndi bunlara elə bir sərbəstlik veriblər ki, nə istəyirlər onu da yayımlayırlar. Belə olmaz. Sovet vaxtı yoxlama aparılarkən xarici filmlərin yayımlanmasına da nəzarət olunurdu. Hansısa filmdə əxlaqsız səhnələr olurdusa, onun yayımına icazə vermirdilər”.

Xatırladaq ki, bir neçə gün öncə ARB telekanalında aparıcılıq edən müğənni Əli Mirəliyevin efirdə rəqqasəni qucaqlayaraq yerdə uzanması izləyicilər tərəfindən tənqidlə qarşılanmışdı. Bunun ardınca MTRŞ-nın Ekspertiza, proqramlaşdırma və analitik şöbəsinin müdiri Təvəkkül Dadaşov mətbuata açıqlamasında bu yayım mövsümündə bir sıra şou verilişlərində narazılığa səbəb olan halların artdığını, baş verənlərlə bağlı arayışlar tərtib edildiyini bildirmişdi.

interposta.info sözü gedən video görüntüləri təqdim edir:






Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26