Interposta.Info

Avtomobil idman zalına çırpıldı - 25 yaşlı sürücü öldü

Ölkə
 28-04-2025, 09:36     20 668


Bakıda ölümlə nəticələnən qəza baş verib.

"İnterPosta" Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə gecə saat 01:10 radələrində Binə qəsəbəsi Atçılıq yaşayış massivində baş verib.

2000-ci il təvəllüdlü Orxan Sərhəd oğlu Qurbanov idarə etdiyi "AzSamand” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib və maşın idman zalına çırpılıb.

Sürücü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Xəzər RPİ-də cinayət işi başlanılıb.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26