Interposta.Info

Ödənişli yolda avtomobil suyun altında qaldı
 

Ölkə
 17-04-2025, 20:45     38 089

Şabran rayonu ərazisində baş vermiş intensiv yağıntılar nəticəsində dağlardan gələn güclü sel kütləsi Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli avtomobil yolunun 129-cu kilometrində yolun hərəkət hissəsinə dolub.

"İnterPosta" xəbər verir ki, həmin ərazidə minik avtomobilinin sel sularının altında qalmasını əks etdirən görüntülər yayılıb.

Qeyd edək ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən bildirilib ki, güclü yağışın yolda yaratdığı fəsadların aradan qaldırılması məqsədilə operativ qərargah yaradılıb, əraziyə xüsusi texnika və qüvvə cəlb olunmaqla mövcud şəraitə uyğun olaraq tədbirlər davam etdirilir.

İnterPosta.info

Mövcüd problemlərinizi və təkliflərinizi bizə göndərə bilərsiniz.
E-mail: [email protected]
Telefon: (+994) 55 740 69 26